Ölkə futbolu
“Kəpəz”ə şad xəbər: Vəliyev işə qarışdı, problem həll olundu
“Kəpəz” böyük problemdən qurtuldu. Gəncə kl…
“Kəpəz” böyük problemdən qurtuldu. Gəncə klubu son anda 2 yeni transferinin keçidini həll etməklə bugünkü oyuna itkisiz çıxmaq imkanı əldə etdi.
Məsələ ondadı ki, qərblilər bu gün Moldova “Daçiya”sı ilə qarşılaşmaya Renan da Silva Alveş və Manuel Kosta Kaneyro (Serjinyo) olmadan çıxa bilərdi. Uyğun olaraq, Portuqaliya “Jil Visente”si və “Trofense”sindən alınan əcnəbilərin transferində problem yaranmışdı. Onlara görə klublarına müəyyən məbləğ ödənməliydi ki, futbolçuların “Kəpəz”in heyətində rəsmi matça çıxması mümkün olsun.
“Futbolinfo” xəbər verir ki, bu, yalnız az öncə həlini tapıb. Müşkülə çevrilən məsələ bu gün səhər saatlarında yoluna qoyulub. “Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyevin işə qarışmasından sonra lazım olan məbləğ ödənilib və futbolçuların “Daçiya”ya qarşı oynamasında problem qalmayıb. İşin son saatlaradək yubanması xoş olmasa da, hər halda mövcud maliyyə çətinliklərini aradan qaldırmaq mümkün olub.
İndi “Kəpəz”in baş məşqçisi Şahin Diniyev hər iki oyunçunun xidmətindən ilk dəqiqələrdən etibarən istifadə edə biləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”