Ölkə futbolu
Mərdəkana İnquşetiyadan 150 azarkeş gələcək
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsi çər…
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Kəpəz" "Dalğa Arena"da Moldova "Daçiya"sını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu matçda qonaqlar da dəstəksiz qalmacayaq.
Gəncəlilərin mətbuat katibi Azad Mustafayevdən aldığımız məlumata görə, moldovalılar "Kəpəz"ə müraciət edərək azarkeşləri üçün 150 yer ayrılmasını istəyib. Kişinyovluları burada Rusiyanın İnquşetiya vilayətindən gələcək azarkeşlər dəstəkləyəcək.
Qeyd edək ki, klub prezidenti Adlan Şişxanov əslən dağıstanlıdı və o, bir neçə gün əvvəl həmyerlilərini "Daçiya"ya dəstək olmağa çağırmışdı.