Ölkə futbolu
"Qəbələ"nin mətbuat konfransı və açıq məşqinin vaxtı dəyişdirildi
İyunun 30-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsini…
İyunun 30-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Samtredia” komandasını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, 8-ci km stadionunda baş tutacaq “Qəbələ” – “Samtredia” matçı öncəsi keçiriləcək mətbuat konfransı və açıq məşqin vaxtı dəyişdirilib.
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun sabah – iyunun 29-da baş tutacaq mətbuat konfransı saat 18:45-də başlayacaq. Tədbir arenanın media zalında keçiriləcək. “Qəbələ”nin oyunöncəsi son məşqi isə 19:30-da start götürəcək.
Xatırladaq ki, saat 20:30-da “Samtredia”nın çalışdırıcısı Giya Tsetzadze media nümayəndələrinin suallarını cavablandıracaq. Qonaqların məşqi isə 21:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib