Milli komanda
"Cavab oyununda fərqli "Daçiya" görəcəksiniz"
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çə…
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Kəpəz" – "Daçiya" matçından sonra Moldova təmsilçisinin baş məşqçisi Oleq Bejenar mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, oyuna müdaxilə etmək hüququ olmayan və 90 dəqiqə ərzində klub prezidentinin yanında cücə kimi dayanan çalışdırıcı əsas sualdan yayındı.
– Gözlədiyimiz kimi, çətin oyun alındı. İlk yarıda həyəcanlıydıq. Amma fasilədən sonra təşəbbüsə yiyələndik. Hərçənd, matçın sonunda qol buraxa bilərdik. Etiraf edim ki, çox yaxşı komandanız var. Ancaq indi rəqib haqda dolğun məlumatımız var.
– Klubun baş məşqçisi sizsinizsə, əvəzetmələr, taktiki göstərişləri əvəzedicilər skamyasında oturan prezidentiniz verirdi. Baş məşqçi sizsiniz, yoxsa o?
– Xahiş edirəm oyunla bağlı sual verin.
– Məgər bu, oyunla bağlı sual deyil?
– Bu sualı cavablandırmaq istəmirəm.
– Biz isə cavablandırmağınızı xahiş edirik. Çünki dünya praktikasında bu cür hala ilk dəfədi rast gəlirik.
– Başqa suala keçin.
– Komandanız barədə daha yüksək fikirdəydik. Ancaq ciddi bir oyun görmədik.
– Komandamıza yeni futbolçular cəlb olunub. Cavab oyununda fərqli "Daçiya" görəcəksiniz.
– Klub prezidenti Aldan Şişxanov baş məşqçi vəzifəsinin öhdəsindən gəldi?
– Bu suala cavab verməyəcəm. Siz bizim daxili ab-havadan xəbərdar deyilsiniz.
– Xəbərar edin, biz də bilək.
– Heç nə deməyəcəm.