Ölkə futbolu
Elnur Cəfərovun İspaniya klubuna keçidi nə vaxt rəsmiləşir?
Uzun müddətdi adı müxtəlif klublarla hallanan Elnur Cəf?…
Uzun müddətdi adı müxtəlif klublarla hallanan Elnur Cəfərovun aqibətinə aydınlıq gəlmək üzrədi. Futbolinfo.az xəbər verir ki, hücumçu böyük ehtimalla İspaniyada çıxış edəcək.
19 yaşlı hücumçu bu ölkənin Sequnda təmsilçisi olan "Ovyedo"ya keçəcək. Qeyri-adi bir hadisə baş verməsə, Cəfərov 10 gün sonra bu klubla 3 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, "Ovyedo" son mövsümü 22 komanda arasında 9-cu bitirib.