Ölkə futbolu
“Neftçi” rekordu yenilədi
“Neftçi” klub tarixinin rekordunu yeniləyib. Futbo…
“Neftçi” klub tarixinin rekordunu yeniləyib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, paytaxt təmsilçisi avrokuboklarda ardıcıl 5 səfər oyunudu meydanı qolsuz tərk etmir.
Bu isə bakılıların yeni rekordudu. “Ağ-qaralar” göstəricisini rekord səviyyəyə Maltada çatdırıb. Avropa Liqasının I təsnifat mərhələsinin “Baltsan”la görüşündə 2:0 hesabı ilə qalib gələn “Neftçi” 5-ci səfərindən də qolsuz dönməyib.
“Ağ-qaralar” bundan əvvəlki 4 matçda meydan sahiblərini 7 qolla məyus etmişdi. Bakılılar Sloveniya “Koper”ini 2:0, Gürcüstan “Çixura”sını 3:2 hesabı ilə məğlub edib, ardınca Serbiya “Partizan”ı (2:3) və Monteneqro “Mladost”unu yenə bilməsə də (1:1) meydanı qolsuz tərk etməyib.
Qeyd edək ki, avrokuboklardakı səfər oyunlarında ən uzun qol seriyası “Qarabağ”a məxsusdu – 8 matç. “İnter” isə “Neftçi” 5 belə oyun keçirib.