Ölkə futbolu
Uğur Pamuk Türkiyə klubu ilə müqavilə imzaladı
“Sumqayıt”ın futbolçusu Uğur Pamuk karyerasını…
“Sumqayıt”ın futbolçusu Uğur Pamuk karyerasını Türkiyədə davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi PTT 1-ci liqa klublarından “Manisaspor”la anlaşıb.
Tərəflər arasında 2 illik anlaşma imzalanıb.
Qeyd edək ki, son mövsüm “kimyaçılar”ın heyətində 28 oyunda meydana çıxan 26 yaşlı oyunçu 3 qola imza atıb. O, milli komandamızın formasını da 2 matçda geyinməyə imkan tapıb.