Ölkə futbolu
Abışov üçün “İnter”: üzük həlledici oldu
Milli komandamızın futbolçusu Ruslan Abışovun karyerasını…
Milli komandamızın futbolçusu Ruslan Abışovun karyerasının “İnter”də davam etdirməsinin səbəbi məlum olub. Futbolinfo.az xəbər verir ki, təcrübəli mərkəz oyunçusu bunu yaxın zamanda subaylığın daşını atacağı ilə əlaqələndirib.
29 yaşlı dayaq yarımmüdafiəçisi saytımıza verdiyi açıqlamada məhz bu üzdən karyerasını paytaxtda davam etdirməyi qərara aldığını bildirib. Aldığı bir neçə təklifi geri çevrdiyini bildirən Abışovun verdiyi açıqlamadan sonra Bakı təmsilçisini seçməsinin əsl səbəbi bəlli olub.