Bizi izləyin

Ölkə futbolu

“Kəpəz”i Kişinyovda “razborka” gözləyir

“Kəpəz”in 16 illik fasilədən sonra qitəmiqyaslı turn…

blank
“Kəpəz”in 16 illik fasilədən sonra qitəmiqyaslı turnirdə iştirakı tarixi bir olaydı. Elə gəncəlilərin rəqibini də unutmayacağıq. Gərək ki, Azərbaycan təmsilçilərinin avrokuboklarda “Daçiya” kimi rəqibi olmayıb. Bakıya gələsən və klubun rəsmi saytında oyunun keçiriləcəyi “Dalğa Arena” stadionunun yerləşdiyi Mərdəkanın adının erməni mənşəli olduğunu iddia edəsən – bu, yumşaq desək, dəlilikdi.
 
Moldovalıların bu hərəkətinin təxribat olduğunu və ya naşılıqdan irəli gəldiyini düşündüyümüz vaxt, klub prezidenti Adlan Şişxanov kobud səhvə görə Azərbaycan xalqından, "Kəpəz" azarkeşlərindən üzr istədi. Bunun heç bir təxribat xarakteri daşımadığını, sadəcə, klubun mətbuat xidmətinin əməkdaşlarının səhvi olduğunu söylədi…
 
Gəl ki, oyun başlayandan sonra “Daçiya” düşərgəsində ən dəlisov adamın elə klub prezidenti olduğu üzə çıxdı. Düzdü, onun yaxın keçmişdə kriminal aləmlə bağlı olduğuna dair bəzi məlumatlara sahib idik. Lakin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən bir matçda hansısa bir klub prezidentinin bu cür davranışlara yol verəcəyini ağlımıza gətirmirdik.
blank
 
Əvvələcə müşahidə etdik ki, Moldova təmsilçisinin baş məşqçisi Oleq Bejenar formal olaraq bu postdadı. Komandanı faktiki olaraq, texniki zonada yer alan Şişxanov idarə edir. Maraqlıdı ki, “krutoy” davranışları ilə diqqət çəkən prezident-baş məşqçi yalnız taktiki gösərişlər verməklə kifayətlənmədi, köhnə peşəsi olan “razborşik”liyi də özünü biruzə verdi. Gəncə təmsilçinin yarımmüdafiəçisi Kərim Diniyevlə insidet yaşayan Adlan futbolçuya "Moldovaya gələrsiniz, göstərərəm" deyərək, hədə-qorxu gəlməyi də unutmadı. Elə qolsuz yekunlaşan qarşılaşmadan sonra da ton dəyişməmişdi: “Mənim əla komandam var. Gələn oyunda sizə göstərəcəm”…
 
“Daçiya”nın prezidentinin diqqət çəkən davranışı təbii bir sual doğurur: kimdir o?
 
Qroznıda doğulan inquş əsilli Adlan Şişxanov kriminal keçmişi olan bir şəxsdir. Onun yaxın keçmişdə  Rusiyanın ən zəngin iş adamları siyahısında yer alan qardaşı Mikailin “qara işlər”ini üzərinə götürməsi ilə bağlı yetərincə məlumata rast gəlmək mümkündür. Lakin bizim üçün “Daçiya”nın prezidentinin qaranlıq keçmişi yox, futbol sektorundakı fəaliyyəti maraqlıdır.
 
Rusiyada adı bir sıra qalmaqalda hallanan Şişxanov 2007-ci ildə kölgəyə çəkilməyə qərar verir və Moldovaya üz tutur. Gəl ki, burada da dinc dura bilmir. Neft maqnatı Anatol Statinin oğlu, həmin vaxt “Daçiya”ın fəxri prezidenti olan Qabrielin dəvəti ilə “Zimbru” ilə matçı izləməyə gələn Adlan qalmaqala səbəb olur. Belə ki, azarkeşlərin biri ilə sözü çəp gələn Şişxanov yumruqlarını işə salır və nəticədə növbəti 4 günü dəmir barmaqlıqlar arasında keçirir.
 
Tezliklə məlum olur ki, Şişxanovun Moldova çempionatının oyununu izləməsi heç də təsadüfi deyilmiş. 2007-ci ildə “Daçiya”nın sahibinə çevrilən Adlan 2011-ci ildə çempionluq kubokunu başı üzərinə qaldırdıqdan sonra klubdan ayrıldığını açıqlayır. Və dərhal da  “Zimbru”nu aldığını bəyan edir. Lakin onun bu həmləsi Moldova Futbol Federasiyası tərəfindən birmənalı qarşılanmır. Belə ki, ölkə futboluna rəhbərlik edən şəxslər Şişxanovun eyni zamanda iki kluba – həm “Daçiya”ya, həm də “Zimbru”ya sponsorluq etdiyini və bunun yolverlilməz olduğunu açıqlayırlar. İş o yerə çatır ki, federasiya Şişxanov Moldova futbolundan getməyənə qədər sözügedən klubların heç bir üzvünün ölkənin milli komandalarına dəvət almayacaqlarını açıqlayır.
 
Həmçinin, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə mərkəzinin nümayəndələləri  “Zimbru”, “Daçiya”, “Sfıntul George” və “Kostulen” klublarının ofisində axtarış aparırlar. Səbəb isə danışılmış oyunlarda iştirak olur. Nəticədə 2012-ci ildə Şişxanov “Zimbru”dan imtina edərək, Moldovanı tərk etmək məcburiyyətində qalır.
 
Yeri gəlmişkən, Adlanın adı mütəmadi olaraq, oyun alqı-satqısında, futbol matçlarına pul qoyuluşu etməkdə hallanır. Müsahibələrinin birində, iş adamı ona yönələn bu tip ittihamlara belə cavab verib: “Pul qoyuluşu – idman üçün normal  haldır. Ancaq baxır bunu kimlər edir. Mənim kimi futbola milyon dollarlar yatıran adam üçün hansısa 100 min dollar udmaqdan ötrü pul qoyuluşu etmək maraqlı deyil. Belə olan halda, həm klubun, həm də mənim imicim zərər görər. 2011-ci ildə “Daçiya” ilə qazandığımız çempionluğa gəlincə, arxada heç bir iş çevirməmişik. İmanlı, İslam dininə mənsub olan biri olaraq and içə bilərəm ki, “Daçiya” heç bir kənar amildən istifadə etməyib. Mən heç bir kluba bizə uduzması üçün pul verməmişəm. Eləcə də eyni zamanda həm “Daçiya”ya, həm də “Zimbru”ya sahib olmağım barədə iddialar da doğru deyil”.
 
2013-cü ilin iyulunda, buzlar əridikdən sonra Moldovaya dönən Şişxanov yenidən “Daçiya”nın başına keçir. Kişinyov təmsilçisi son mövsümdə çempionluğu “Zimbru” ilə “qızıl oyun”da əldən verib. Elə öncəki mövsümdə də qazancları gümüş medal olub.
 
Moldovada futbol sektoruna yenicə maraq göstərdiyi vaxt arxa planda qalmağı üstün tutan Şişxanov indi yeni ampluadadı. Başa vurduğumuz mövsümdə texniki zonada yer alması ilə bağlı suala tez-tez cavab verməli olan prezident belə söylərdi: “Bunda pis heç nə görmürəm. Bu mövsüm əldə olunacaq nəticəyə görə mən cavabdehəm”.
 
Maraqlıdır ki, bu ilin fevralında reallaşan qış toplanışı zamanı “Daçiya” futbolçuları yarıya bölünərək ikitərəfli matç keçiriblər. Komandalardan birinə baş məşqçi Bejenar, digərinə Şişxanov rəhbərlik edib. Qalibin 500 avro udduğu görüşdə Bejenarın komandası 3:1 hesabı ilə qalib gəlib.  Buna rəğmən, Adlan baş məşqçilərindən daha səriştəli olduğunu düşünür və hər şeyi öz əlində saxlamağı xoşlayır.
 
Beləliklə, iyulun 7-də “Kəpəz”i Kişinyovda kriminal aləmlə bağlılığı olan, adı oyun alıq-satqısında, pul qoyuluşlarında hallanan, texniki zonada oturmağı qəbahət saymayan, bir sözlə, əli hər yerə çatan Şişxanovla duel gözləyir. Kişinyovda qalibi müəyyənləşdirəcək həllidici oyun,  Adlanın təbirincə desək, “razborka” olacaq. Kim kimə göstərəcək? Onu zaman göstərəcək!
 
FƏRİD
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Premyer-liqa2024-04-14 16:30

“Səbail” “Kəpəz”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm