Bizi izləyin

Ölkə futbolu

Şeydayev nədən ehtiyat edir?

Ramil Şeydayev Rusiyada aləmi bir-birinə qatıb, hamı ondan danı?…

blank

Ramil Şeydayev Rusiyada aləmi bir-birinə qatıb, hamı ondan danışır. Rusiyanın gənclərdən ibarət milli komandasında çıxış edən soydaşımızın vətəndaşlığını dəyişmək məsələsi əsas müzakirə mövzusuna çevrilib. Əksəriyyət belə bir futbolçunu əldən buraxmağın böyük səhv olduğunu düşünür.

Məsələn, bir neçə il öncə Azərbaycanı deyil, Rusiya millisini seçməsi üçün Aleksandr Səmədovu dilə tutan və onu inandırmağı bacaran Nikita Simonyan, indi  Şeydayevi əldən buraxdıqlar üçün üzgündü.  Rusiya Futbol İttifaqının birinci vitse-prezidenti soydaşımızın əsas yığmada oynamaqla bağlı seçimini şimal qonşularımızdan yana edəcəyini zənn edirmiş.

“Zenit”in yetirməsinin millimizdə forma geyinməsi ehtimalı barədə əvvələr də söhbətlər olub. Lakin indi vəziyyət fərqli və eyni zamanda bir qədər qarışıqdı.

Dünən  Şeydayevlə bağlı AFFA-nın rəsmi saytı vasitəsi ilə yayılan məlumatda bildirilir ki, futbolçu federasiyaya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu ifadə edib. Bunun hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb. Son sözü ali futbol qurumu verəcək.

İctimaiyyət FIFA-dan gələcək xəbəri gözləməkdə olsun, biz məsələdə maraqlı olan tərəflərin açıqlamalarına diqqət yetirək…

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, FIFA-nın reqlamentinə görə, bir oyunçunun milli komandada çıxış etməsi üçün o ölkənin pasportuna sahib olmasına gərək yoxdu. Əgər onun özü, atası, anası, nənəsi və ya babası oynamaq istədiyi ölkənin ərazisində doğulubsa, buna haqqı çatır. Şeydayevin atası isə Bakıda doğulub.

Rusiyalı idman hüquqşunası Mixail Prokopets isə əksini iddia edir. Onun sözlərinə görə, Ramil Azərbaycan millisində çıxış edə bilməz. Buna səbəb isə futbolçunun  Rusiyanın yeniyetmələrdən və gənclərdən ibarət milli komandalarında çıxış etdiyi müddətdə Azərbaycan pasportuna sahib olmamasıdı.

Elə Şeydayevin açıqlaması da dəqiq bir şeydən xəbər vermir. Vətəndaşlığını dəyişmək haqqında düşünəcəyini və buna yaxın zamanlarda aydınlıq gələcəyini söyləyir. Onun  “dəqiq heç bir şey yoxdu, ancaq anlaya bilmirəm ki, bu xəbərlər hardan çıxıb və internetə necə düşüb?” – şəklində danışması da qəribə görünür. Axı, onun vətəndaşlığını dəyişməsi boş söz-söhbət deyil, məsələ ilə bağlı AFFA-nın rəsmi saytı məlumat yayıb. Və ola bilməz ki, Şeydayev bundan xəbərsiz olsun.

Bu açıqlamalardan belə qənaətə gəlmək olur ki, Ramilin millimizdə oynamaq istəyi var, lakin FIFA-dan gələcək yekun qərar olmadan bu barədə danışıb, özünü “yandırmaq” istəmir. Şeydayev düşünür ki, birdən Azərbaycan millisi ilə bağlı variant alınmaz, ruslar da acığa düşüb ondan imtina edər.

Elxan bəyin “bir oyunçunun milli komandada çıxış etməsi üçün o ölkənin pasportuna sahib olmasına gərək yoxdu, əgər onun özü, atası, anası, nənəsi və ya babası oynamaq istədiyi ölkənin ərazisində doğulubsa, buna haqqı çatır” söyləsə də, bu, məsələnin 100 faiz lehimizə həll olunacağı anlamına gəlmir. Əks halda AFFA-nın FIFA-dan gələcək qərarı gözləməyə gərək qalmazdı…

AFFA-nın milliyə oyunçu cəlb etmək siyasəti  hamıya bəllidi. Elxan Məmmədov və ətrafı bu işdə o qədər ifrata varıblar ki, hətta Şamil Qurbanovun timsalında dağıstanlı bir gənc Azərbaycanın gənclərdən ibarət yığmasının formasını geyinəndən sonra Ermənistanın "Uliss" klubunun düşərgəsində baxışda olmuşdu. Lakin klub futbolçunun millizin sabiq üzvi olduğunu anlayınca, onun transferindən vaz keçmiçdi. Sözümüzün canı odu ki, AFFA-da bu məsələrə baxanlar o qədər başıpozuq davranıblar, bu səbəbdən  ictimaiyyət milliləşdirmə mövzusuna laqeyd yanaşır. Federasiyada çalışanların deyilib-yazılanları qulaqardı etməsi azarkeşlərin millimizin formasını kimlərin geyməsinin onlar üçün heç bir önəm daşımaması halına gətirib çıxardıb. Daha doğrusu, yığma komandalarımızın oyunlarına gələnlərin, maraqlananların sayı yetərincə azalıb. Dağıstanlı və ya Almaniyada yaşayan türklərin formasını geyindiyi yığma komanda onlara lazım deyil!

Azərbaycan millisində bu torpaqlara aid olan insanlar oynamalıdı. Şeydayev isə soydaşımızdı və Səmədovdan fərqli olaraq, bunu qürurla söyləyir.  Üstəlik, yığma komandamızda oynamaq niyyətindədi. Belə olan halda, dağıstanlılara bir gecədə pasport vermək bacarığı olan Elxan bəy indi bütün bacarığını işə salmalıdı. Leqal və ya qeyri-leqal – hər halda, FIFA-da oturanlar da aydan arı, sudan duru deyillər…

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm