Bizi izləyin

Layihə

İnkişafın macar modeli – LAYİHƏ

İkinci dəfə velosipedi icad və ya Amerikanı kəşf etməyə ehtiy…

blank

İkinci dəfə velosipedi icad və ya Amerikanı kəşf etməyə ehtiyac duyan adama ən yaxşı halda “ağılsız” deyirlər. Bu kateqoriyaya özlərini daxil etməyənlər üçün qələmə aldığımız bu yazı ölkə futboluna rəhbərlik edən şəxslərə inkişaf yolunu göstərməyə hesablanıb. Yenidən velosiped icad etməyi planlaşdırmısınızsa, başlayaq.

Avropa çempionatının final mərhələsinə yüksələn Macarıstan yığmasının hamını təəccübləndirməsi, üstəlik, ən yaxşı 16 komanda arasına daxil olması bir günə başa gəlmədi. Bu ölkənin futbol federasiyası Azərbaycandan fərqli olaraq, addımbaşı eşitdiyimiz “diqqət və qayğı”nı real əməldə göstərir. Konkret olaraq, Macarıstan Futbol Federasiyası (MFF) 3 istiqamət üzrə bu idman növünün inkişaf xəttini qəbul edib.

MFF-nin qəbul etdiyi proqramda infrastruktura dəstək nəzərdə tutulub ki, elita təmsilçiləri və növbəti divizionun komandalarının stadionları ideal vəziyyətə gətirilsin. Kimin stadionu yoxdursa, federasiya bu məsələni də öz hesabına həll edir. Elə “Ferensvaroş”un stadionunu görməklə bütün məsələlərə ayndınlıq gəlir. İnfrastruktur sarıdan problemi olmayan komandanın gələcəyi isə mütləq parlaq olacaq. Azərbaycanda klublara hansısa sahələrdə güzəşt etməkdənsə, infrastruktur baxımından təmənnasız yardım edilsəydi, bu gün “futbol qəbristanlığı”mızda onlarla komanda uyumazdı. Elə lisenziyayla bağlı problemlər də heç bir komanda qarşısında dayanmazdı. “Bir gülləylə bir dəstə dovşan vurub”, ağ günə çıxmağın yolu bu qədər sadədi.

Deməyin ki, buna külli miqdarda pul lazımdı, hardan tapsınlar?! O, top festivalları var ha, o, Almaniyada uşaq futbol məktəbi var ha, o, UEFA-yla sponsorluq müqaviləsi var ha, o, bambılı-bambılı əcnəbi “mütəxəssislər”ə verilən pullar var ha, o, … Həə, bax, qızıl küplərinin yeri məlumdu. Və nəhayət, Macarıstan və Azərbaycanın ali futbol qurumlarının maliyyə durumunu müqayisə etmək özlüyündə gülüncdü.

MFF-nin futbol sahəsinə ayırdığı xüsusi “diqqət və qayğı” sıralamasında Uşaq Futbol Akademiyaları da dayanır. Ən uğurlu 3 akademiyaya ali futbol qurumu mükafat fondu ayırıb. İlk “üçlüy”ün hərəsi mövsümün yekunlarına əsasən 1 milyon avro vəsait alır. Alır ha, “şapka”, yeyinti, “silinmə əməlliyatı” bura daxil edilmir. Təsəvvür edirsiniz, “Qəbələ”, “İnter”, “Neftçi” kimi klublara belə yardım edilsə, sözün yaxşı mənasında uşaq futbolunda hansı həngamələri həyata keçirərlər!?

Nəhayət, 3-cü istiqamət gənc futbolçuların yetişdirilməsinin stimullaşdırılmasına yönəlib.Çempionatın bütün oyunlarında yaşı 20-dən az olan 2 futbolçunun xidmətindən yararlandığı halda, klubun hesabına hər oyunçuya görə 1,5 milyon avro köçürülür. Aydın məsələdi ki, ölkənin böyük klubları bu imtiyazdan vaz keçir, ancaq büdcəsi kasad olan kollektivlər üçün bu cür təklif göydəndüşmədi.

İndi gəlin 3-cü istiqamətə də Azərbaycan prizmasından yanaşaq. Hər klubun inkişaf strategiyası var. AFFA-nın seçdiyi mövcud diktatura sistemi düzgün deyil. Yəni, 21 yaşdan kiçik 1 futbolçunun məcburi oynadılması klubun mənafeyinə ziddisə, bunun bir adı var – diktatura! Yuxarıda göstərilən variantda kluba seçim imkanı verilir: istəyirsən pulu seç və təklifə qatlaş, strategiyana ziddirsə, maliyyə dəstəyi gözləmə.

Azərbaycanda qismən özünü maliyyələşdirmək iqtidarında olan klublar bəllidi: “Qarabağ”, “Qəbələ”, “İnter” və “Neftçi”. Ancaq sonuncu ikisi onsuz da prioritet məqsədlərinin gənc futbolçuların yetişdirmək olduğunu bəyan edib. Bu üzdən də cəmi 2 kollektivin bu cür təklifdən imtina edəcəyi gözlənilir.

“Sumqayıt”, “Kəpəz”, “Zirə”, AZAL kimi komandalara bu cür təklif lap göydəndüşmə olar. AFFA-nın ayırdığı maliyyəylə yaşayan komandalar isə sivil yolla pul qazanmaq şansı əldə edər. Bu da son deyil. Hətta deyərdik ki, bu, başlanğıcdı. Çünki belədə hər bir klub sıralarında 2 gənc yox, 5-7 istedadlı oyunçu görmək istəyəcək. Axı, bunun sarı və qırmızı vərəqəsi, zədəsi var. Üstəlik, baş məşqçilər müxtəlif oyunlarda fərqli mövqelərdə gənclərə şans tanıyacaq. Deməli, fərqli ampluada olan 5-7 gənc daim elita klubunun sırasında məşq edəcək. Ancaq bu, dərhal baş verə bilməz. Çünki ölkədə bu sayda istedadlı oyunçu yoxdu. Bu da öz növbəsində platsdarma təkan verəcək.

Deməli, 1-ci divizionda da çempionata maraq artacaq. Belədə, “şərurspor”lar, “bakılı”lar riskli bukmeker oyunlarına deyil, həqiqi, təmiz pul qazanmağa can atacaqlar. Əlbəttə, futbolçularla da sivil müqavilələr imzalanacaq. Başqa sözlə, 2-3 illik anlaşmalar qaçılmaz olacaq. Çünki həmin oyunçuları mövsümün sonunda 50-100 min manata “ixrac” etmək mümkün olacaq.

Bax, beləcə, aşağıdan-yuxarıya futbol təsərrüfatı qurulmağa başlayacaq. Özü də çoxşaxəli şəkildə. Həm stadionlar qaydasına salınacaq, həm infrastruktur normal fəaliyyət göstərəcək, həm futbol biznesə çevriləcək, həm də yığma üçün istedadlar yetişdiriləcək.

İkinci dəfə velosipedi icad və ya Amerikanı kəşf etməyə ehtiyac duyan adama ən yaxşı halda “ağılsız” deyirlər. Bu kateqoriyaya özlərini daxil etməyənlər üçün qələmə aldığımız bu yazı ölkə futboluna rəhbərlik edən şəxslərə inkişaf yolunu göstərməyə hesablanıb. Yenidən velosiped icad etməyi planlaşdırmısınızsa… işi(m)niz avand olsun.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm