Ölkə futbolu
Teo Uiks: "MTK ilə cavab matçı daha çətin keçəcək"
“Macarıstana qələbə dalınca getmişdik. Xoşbəxtlikdən, b…
“Macarıstana qələbə dalınca getmişdik. Xoşbəxtlikdən, bunu bacardıq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin liberiyalı futbolçusu Teo Uiks deyib.
“Qırmızı-qaralar”a bu yaxınlarda transfer edilməsinə baxmayaraq, özünü yaxşı tərəfdən göstərən futbolçu bushchicken.com saytına açıqlama verib.
O, Avropa Liqasının ikinci təsnifat mərhələsində Macarıstan təmsilçisi MTK ilə keçirdikləri ilk oyun (2:1) barədə danışıb.
Bundan əlavə, Uiks 2 gün sonra Bakıda baş tutacaq cavab görüşünə də toxunub: “Avropa Liqası kimi turnirdə qələbə qazanmaq çox çətindi. Lakin biz səfərdə rəqibdən güclü oynadıq və istəyimizə nail olduq. Cavab görüşünü keçirmədən arxayınlaşmaq olmaz. Bu dəfə öz meydanımızda üz-üzə gələcəyik. Buna baxmayaraq, ilk oyunla müqayisədə cavab matçı daha çətin keçəcək. Çünki MTK mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdı və meydana da bu istəklə çıxacaq. Odu ki, üzərimizdə böyük təzyiq olacaq. Özümüzə inanmalı və növbəti mərhələyə adlamalıyıq”.
Qeyd edək ki, “Qəbələ” və MTK arasındakı cavab matçı iyulun 21-də 8-ci km stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var