Ölkə futbolu
Tadas Simaitis: “Cavab matçı ilk oyunun oxşarı olacaq”
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində …
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Kəpəz” Avstriyanın “Admira” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, qarşıdakı matç öncəsi “sarı-göylər”in qolkiperi Tadas Simaitis oyunla bağlı fikirlərini klub saytı ilə bölüşüb:
“Hələ ilk oyunda bütün futbolçular yaxşı nəticə qazanmaq üçün meydanda gücünü qoydular. “Admira” oynadığı oyunla yaxşı komanda olduğunu göstərdi. Səfərdə qeydə alınan hesab oyuna görə oldu. Amma bu hesab bizdə ümid yaradıb. Düşünürəm ki, Bakıda qələbə qazanmaqla növbəti mərhələyə adlaya bilərik. Cavab matçı ilk oyunun oxşarı olacaq. Müdafiədə etibarlı oynayıb qol buraxmamağa çalışmalıyıq. Eyni zamanda qol vurmaq üçün vaxtımızı gözləməliyik. Rəqibin mərhələ keçmək şansı yüksək qiymətləndirilir. Lakin vuracağımız qol oyunun taleyini dəyişdirə bilər”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar