Ölkə futbolu
Əliyar Ağayev AÇ-də 3-cü matçını idarə etdi
19 yaşadək futbolçular arasında Avropa çempionatında…
19 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı FİFA hakimi Əliyar Ağayev yarışda 3-cü matçını idarə edib.
İlk tura dördüncü, ötən tur baş hakim kimi meydana çıxan təmsilçimiz bu gün B qrupunda baş tutan İngiltərə ilə Xorvatiyanın görüşündə fit çalıb. Oyunun ilk 10 dəqiqəsində 2 top üstünlüyü qazanan britaniyalılar sonda bir top buraxsa da, 2:1 hesabı ilə qalib gəlib.
Ağayev Xorvatiya millisinin bir avtoqol etdiyi görüşdə 2 sarı vərəqə göstərib. O, xorvatiyalıların futbolçuları Luka İvanişets və Vinko Soldonu cəzalandırıb.
Qeyd edək ki, bu gün baş tutan matçlardan sonra yarımfinalçılar müəyyənləşib. Bu mərhələdə Portuqaliya Fransa, İngiltərə İtaliya ilə üz-üzə gələcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza