Ölkə futbolu
“Sxadadze oğlunu oynatdığından, mənə şans vermirdi”
“Karyeram ərzində Azərbaycanda da oynamaq imkanı əldə etdi…
“Karyeram ərzində Azərbaycanda da oynamaq imkanı əldə etdim. Bakının “İnter” klubunda bir müddət çıxış etməli oldum və bu mənə böyük təcrübə qazandırdı”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Teplitse” klubunun futbolçusu İvo Taborski deyib.
2014-cü ildə icarə əsasında “İnter”in formasını geyinmiş çexiyalı hücumameyilli yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. Söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salan Taborski maraqlı fikirlər səsləndirib.
31 yaşlı futbolçu “bankirlər”in heyətində daha çox ehtiyatda qalmasını sabiq məşqçisi Kaxaber Sxadadzenin həmin vaxt öz oğluna üstünlük verməsi ilə əlaqələndirib: “Azərbaycandakı həyat gözəl idi. Ancaq orda futbol bir qədər çətin idi. Mən Azərbaycana hücumçu kimi yollanmışdım. Mərkəz hücumçusu kimi oynamalıydım. Amma komandanın birinci hücumçusu baş məşqçinin (Kaxaber Sxadadzenin oğlu Baçana Sxadadzeni nəzərdə tutur – T.M.) oğlu idi. Məşqçi onu oynatdığından, mənə şans vermirdi. Bununla belə, Azərbaycandakı karyeram mənim üçün maraqlı təcrübə oldu”.
Qeyd edək ki, İvo Taborski Azərbaycan çempionatında 6 oyunda forma geyinib.