Bizi izləyin

Ölkə futbolu

Elxan Məmmədovun “səhər küləyi”

Məqsəd, amal yaxşıdı, reallaşdırılma metodu, seçimlər …

blank
Məqsəd, amal yaxşıdı, reallaşdırılma metodu, seçimlər haqda isə eyni sözləri deyə bilmərik. Model kimi ən yüksək dəyərlər nəzərə alınıb, amma işin içində iş var.
 
***
 
İyulun 19-da yeni yaradılmış “Səbail” FK-nın təqdimat mərasimi keçirildi. Növbəti mövsümdən 1-ci divizionda oynaması nəzərdə tutulan yeni klub idarə heyətini açıqladı, rəhbərləri vəzifələrdən danışdı. Və elə ilk mətbuat konfransında bəlli oldu ki, niyyət başqa, reallıq başqadı.
 
Bəribaşdan qeyd edək ki, klubun adı, emblemi müzakirə olunmalıdı. Klub kimi rayonun adı da müzakirə mövzusu olmalıdı. Çünki Səbail son illərə kimi Səbayel adlanırdı və bu, ən doğru variantdı. Farsmənşəli bu sözün açması “səhər küləyi” deməkdi. Rayonun dəniz kənarında yerləşdiyini nəzərə alsaq, səhər vaxtı sahilə əsən dəniz küləyini tərənnüm edən bu sözü “Səbail” kimi yazıb-oxumaq doğru deyil, çünki sözün kökü saxlanılsa da, “il” dolğun mənanı itirir.
blank
 
Təbii ki, bu, klubun problem deyil. Ancaq gələcəkdə tarixi adlara qayıtmaq lazım gələndə klub da dəyişikliyə məcbur olacaq.
 
Klubun emblemindəki qalanı hardasa başa düşmək olar. İşərişəhər, Bayıl qalası məhz Səbail rayonu ərazisindədi, amma onu mühafizə edən 3 şirlə bağlı hətta əfsanə də yoxdu. Ona görə də dalğaları özündə əks etdirən buta və ya elə küləyin simvolikası bu klub üçün daha məqsədəuyğun variant olardı.
 
Yeni klubun Bakıda təsis edilməsi də yaxşı hal deyil. Ölkə futbolunu daha geniş areala yaymaq, kütləviləşdirmək üçün bölgələrdə iş görmək məqsədəuyğundu. Bu komandanı ənənələri olan, amma hazırda futbola həsrət qalan hansısa rayonumuzda təsis etmək daha yaxşı olardı. Bərdə, Cəlilabad, Göyçay, Quba variantları daha ağlabatan variant idi. Bir halda ki, vaxtilə AFFA prezidenti Rövnəq Abdullayev də “İnter”, “Rəvan”, AZAL kimi klubların bölgələrə köçürülməsi təklifini vermişdi. İndi onun son mətbuat konfranslarının birində “Səbail”in yaradılmasından və bu klubun gələn il Premyer Liqada oynayacağından bəhs etməsi çox maraqlıdı. Ya o əvvəlki sözlərini unudub, ya da ona məsləhət verənlərin sözünü deyir.
 
***
 
Klubun idarə heyətinə nəzər saldıqda isə “məsləhət verənlər”in və bu işin ideya müəllifinin kim olması aydınlaşır. 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov, “Mancester Yunayted” Yay Futbol Məktəbinin koordinatoru Ramin Həsənov, “Sport Marketinq Group” şirkətinin direktoru Ayaz Əhmədov, “Neftçi”nin veteran oyunçusu Əbdülqəni Nurməmmədov və tanınmış teleaparıcı Tural Əsədov.
 
İlk 3 şəxsin adını birbaşa AFFA-nın baş katibi Elxan Məmmədovla bağlamaq olar. Təbriz bəy Məmmədovun sevimli kadrıdı, daim onun müdafiəsindədi. Bu adam Berti Foqtsun köməkçisi olmuşdu, ovaxtdan bəri də daim milli komandalardadı. Ramin bəyin işlədiyi yer birbaşa Elxan bəyin layihəsidi, “Sport Marketinq Group” da yenə baş katibin nüfuzu çatan şirkətdi. Müşahidə Şurasının sədri seçilən Yusif Həsənov hər nə qədər klubun Elxan Məmmədova aid olmadığını desə də, faktlar bunun əksini göstərir.
 
İdarə heyətində təmsil olunan veteran futbolçu Əbdülqəni Nurməmmədov gözdən pərdə asmaq üçün seçilən şəxsdisə, Tural Əsədovun burada təmsil olunması biabırçılıqdı. O, yaxşı teleaparıcıdı, başqa heç nə… Gedib öz işi ilə məşğul olsa, yaxşıdı. Kiminsə dostu, “kruq”u olmaq özünü futbola soxmağa səbəb olmamalıdı. Biznesmen, iş adamı, futbola pul yatıran adam olsaydı, başa düşərdik, indiki halda Əsədov qohumbazlığın, dostbazlığın nümunəsidi.
 
***
 
Ümumiyyətlə, Elxan Məmmədovun müşahidə şuraları ilə bağlı layihələri təqdirəlayiqdi. Mənsimovların “Xəzər Lənkəran”ı, Məmmədovların “Bakı”sı klubların bir adamın əlində cəmləşməsinin hansı fəsadlara səbəb ola biləcəyini göstərdi. Ancaq yeni struktur, yeni idarəetmə forması yaradılırsa, bu, niyyətə uyğun olmalıdı. Müşahidə şuraları kluba pul yatıran insanlardan təşkil edilməli, onların inkişafda marağı olmalıdı. “Neftçi”, “Kəpəz” və “Sumqayıt” nümunələrində isə bunun əksini görürük, şura üzvləri nəinki aksiya sahibləri deyil, əksinə, klubdan maaş alırlar. Bu isə daha çox sponsor olan SOCAR-ın maliyyəsinin bölüşdürülməsi kampaniyasına oxşayır.
 
“Səbail”də də vəziyyət oxşardı. Düzdü, Məmmədov bura inandığı adamları yığıb, amma qalanları futbolda az-çox fəaliyyət göstərirsə, Bəhram Bağırzadə kimi incəsənətlə futbolu sintez edib arada qalacaq Tural Əsədovdansa, həqiqi bir mütəxəssisi işə qoşmaq daha yaxşı olardı. Bu adam Təbriz Həsənovdan daha titullu məşqçi Arif Əsədov da ola bilərdi, Yunis Hüseynov da, bir başqası da. Hətta uğurlarla müşaiyət olunan karyeraya sahib Tahir Süleymanov da…
 
***
 
Təbriz bəyə inansaq, “Səbail” klubunda əsas işi komandanın formalaşdırılmasına yardım etmək olacaq: “Bildiyiniz kimi, son olaraq U-17-nin baş məşqçisi idim. İndi isə U-18 mənə tapşırılıb. Gənc futbolçuları daha yaxşı tanıyıram. Bilirəm kim klubunda oynamır, kim boşdadı. Həm də əksəriyyətinin potensialına bələdəm. U-18 hələ təsdiqlənməyib. Rəsmiləşəndən və ölkə çempionatlarının təqvimi bəlli olandan sonra buna uyğun plan tərtib edəcəyik. Çempionatda fasilələr yaranan zaman U-18-i yigib yoxlama oyunları təşkil edəcəyik. “Səbail” əvvəlki “Şəfa” modeli deyil. Həmin komanda ovaxtkı AFFA rəhbərliyinin göstərişi ilə ən yaxşılardan qurulmuşdu. İndi isə belə bir şey yoxdu. Oyunçularını bizə vermələri üçün klublara təzyiqdən söhbət gedə bilməz. Hər klubun öz strategiyası var”.
 
Axı, Müşahidə Şurasının mahiyyəti bu olmamalıdı. İdarə heyəti bütün işləri icraçı direktora tapşırmalı, qərarları hesabata əsasən kollegial şəkildə verməlidi. Həsənov oyunçu seçəcəksə, menecer, seleksiyaçı və ya məşqçilər kimə lazımdı? Və ya Tural bəy Bağırzadə kimi fanat yığmaqla məşğul olacaqsa, aqibət indidən bəllidi. Özünüz baxın: avrokuboklarda ən uğurlu təmsilçilərimiz Müşahidə Şurasının idarə etmədiyi klublardı: “Neftçi” transferə, “Kəpəz” məşq etməyə pul tapa bilmir, cavab oyunları ərəfəsində də taleləri tükdən asılıdı.
 
***
 
“Səbail”in baş məşqçi postuna baxın. Burada da dostluq münasibətləri ön plandadı. Elman Soltanov nə futbolçu kimi özünü sübut edib, nə də məşqçi kimi. Belədə onu Premyer Liqaya yüksəlməsi planlaşdırılan kluba gətirməyin mənası nədi? Yenə şəxsi münasibətlər, yenə “kruq” söhbəti. Elə Faiq Əzizov da belə seçilib. Maraqlıdı, indi onu əsas millidə də qapışılarla işləyən məşqçi kimi saxlayacaqlar, yoxsa?..
 
"Bayıl Arena" AFFA-nın balansındadı, direktoru Rza Həsənov baş katibin qaynıdı. “Səbail”in oyunlarını burada keşirməsində bir “hikmət” var. Maraqlıdı ki, klubun Müşahidə Şurasının sədri Yusif bəyin də soyadı Həsənovdu. “Həsənov Yusif, Həsənov Təbriz, Həsənov Ramin – biz qohum deyilik” – bu sözlər isə təqdimat mərasimində Yusif bəyin dediyi ilk sözlərdi. Sədr özü də təəccüblənib, deyəsən.
 
İdarə heyətinin bütün üzvlərinin Elxan bəylə tanış olması, dostluq münasibətlərinin mövcudluğu inkarolunmazdı. Bəzilərini şəxsən, bəzilərini qiyabi tanıyıram. İndidən onların heç nəyi bacarmayacağını iddia etmirəm. Baş katibə bu səlahiyyəti veriblər, o da inandığı adamları seçib, nəticəsinə görə də cavab verəcək. Amma məni narahat edən ideyanın reallaşan addımlarla uyğunsuzluğudu. Çünki idarə heyəti səhmdarlardan qurulmayıb, “Səbail” ictimai birlik olsa da, Müşahidə Şurası tanışlıq prinsiplərinə əsasən formalaşdırılıb.
 
Amma yenə də baş katibin bu klub layihəsinə inanmaq istəyirik. Həsənov “Səbail”in biznes-model olacağını deyir. Ümid edirik, belə də olacaq, dənizdən axan külək – “səba yeli” bütün futbolumuza yeni nəfəs gətirəcək.
 
VÜSAL MAHMUDOV
 
P.S.: AFFA-nın baş katibi Elxan Məmmədovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin fərqi bilirsiz nədədi? Hər ikisi klubların saxlanılması üçün sponsorun ayırdığı maliyyəni aidiyyatı üzrə yönəltməklə məşğuldu. Fəqət, Musayev “Şuşa-Qarabağ”ı mən yaratdım, “Şəmkir”ı mən saxladım, “Turan”a mən pul ayırdım” deyir, Məmmədov isə bunu tanışları vasitəsilə edir, klub yaradır, saxlayır, maliyyələşdirir, amma heç biri ilə yaxınlığını etiraf etmir.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm