Ölkə futbolu
“Admira” qarşısında əsas üstünlüyümüz istəkli olmağımızdır”
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab …
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Şahin Diniyevin başçılıq etdiyi “Kəpəz” “Dalğa Arena”da Avstriyanın “Admira” kollektivini qəbul edəcək.
İlk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan “Kəpəz”i bu gün çox ağır sınağın gözlədiyini indidən və əminliklə deyə bilərik. Futbolçular da bu məsuliyyəti başa düşür. Məsələ ilə bağlı futbolinfo.az saytına açıqlama verən “Kəpəz”in oyunçusu Vüqar Bəybalayev bununla yanaşı, qələbəyə də ümid edir: “Hər kəsə məlumdur ki, oyun çox çətin keçəcək. Biz də bunu nəzərə alıb, görüşə ciddi hazırlaşmışıq. Baş məşqçimizin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq. Bir olub, qələbə qazana bilərik. Bunu edib mərhələ keçəcəyimizə ümidvaram. Əsas məqsədimiz “Kəpəz” azarkeşlərini sevindirməkdir. Sözsüz, “Admira”nın üstünlükləri çoxdur. Əsas üstünlükləri sürətli futbol sərgiləmələridir. Bizim əsas üstünlüyümüz isə istəkli olmağımızdır. Düzdür, ilk oyundan sonra “Admira” üstün olan tərəfdir. Amma oyunun gedişində bu üstünlüyü öz tərəfimizə keçirməyə çalışacağıq”.
Qeyd edək ki, “Kəpəz” – “Admira” oyunu bu gün saat 20:00-da “Dalğa Arena”da başlayacaq.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu