Dünya futbolu
UEFA Superkubokuna hakim təyinatları açıqlandı
UEFA Superkubokuna hakim təyinatları açıqlanıb. Futbolinfo….
UEFA Superkubokuna hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, avqustun 9-da Norveçin Tronheym şəhərində keçiriləcək “Real” – “Sevilya” matçını Serbiya və Polşadan olan hakimlər idarə edəcək. İspaniya duelinin baş hakimi Milorad Majiç olacaq.
AÇ-2016-nın da iştirakçısı olan serbiyalı 2013-cü ildə Bakıya gəlib. O, Azərbaycan və Rusiya millilərinin DÇ-2014-ün seçmə mərhələsindəki heç-heçəsinə şahidlik edib – 1:1. Vaqif Cavadovun son dəqiqədə bərabərlik qolu vurduğu matçın referisi həmin görüşdə Maksim Medvedevə qırmızı vərəqə göstərib.
Majiç 2010-cu ildə Çempionlar Liqasının Polşadakı təsnifat matçında “İnter”in “Lex” üzərindəki minimalhesablı qələbəsini, ardınca penaltilər seriyasında uduzmasını izləyib.
UEFA Superkuboku
9 avqust
22:45. “Real” (İspaniya) – “Sevilya” (İspaniya)
Baş hakim: Milorad Majiç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Şimon Marçinyak
Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)
Tronheym (Norveç). “Lerkendal” stadionu
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…