Ölkə futbolu
Emin Mahmudov da Azərbaycan millisinə gəlir?
Emin Mahmudovun Azərbaycan milli komandasının formasını geyinməs…
Emin Mahmudovun Azərbaycan milli komandasının formasını geyinməsi üçün mövcud olan maneə aradan qalxıb. Futbolinfo.az xəbər verir ki, Rusiya vətəndaşı olan soydaşımızın Portuqaliyanın "Boavişta" klubuna transfer olunması onun yığmamıza yolunu açıb.
Belə ki, Mahmudovun Azərbaycan millisini seçməkdə tərəddüd etməsinin əsas səbəbi, onun bu addımı ataçağı halda Rusiyada legioner sayılacağı idi. Çünki Emin daha öncə yalnız sözügedən ölkənin "Saturn", "Spartak", "Krılya Sovetov" və "Mordoviya" klublarının formasını geyinib. Lakin artıq vəziyyət dəyişib. 24 yaşlı yarımmüdafiəçi Portuqaliya klubuna keçdiyindən, onun Rusiya vətəndaşı olmaq məcburiyyəti aktuallığını itirib.
Düzdü, Mahmudov öncəki açıqlamalarında Azərbaycan millisində oynamaq istəmədiyini, Rusiya millisinə düşmək üçün çalışacağını söyləmişdi. Ancaq artıq Emin özü də yaxşı başa düşür ki, onun bu arzusunun reallaşması çətin məsələdi. İndiki durumda ən uyğunu Azərbaycan millisini seçməkdi.
Qeyd edək ki, durumu sual altında olan Ramil Şeydayevdən fərqli olaraq, Rusiyanın gənclər yığmasının heyətində oyun keçirən Mahmudovun Azərbaycan miılisində oynaması üçün heç bir əngəl yoxdu. Çünki Emin 27 aprel 1992-ci il tarixində Saatlı rayonunda dünyaya gəlib. Onun babası və yaxın qohumları hazırda Cəlilabadda yaşayır.
FƏRİD