Bizi izləyin

Ölkə futbolu

"Beşiktaş"a görə sevilən "Neftçi": İstanbulda da kapitandan narazıdılar

22 iyul. Istanbul – Avropa və Asiyanı birləşdirən şəhər. İsta…

blank
22 iyul. Istanbul – Avropa və Asiyanı birləşdirən şəhər. İstanbul – küçələrindən terror qoxusu gələn şəhər. İstanbul – 20 il öncə yaşadığım və bir daha qədəm basmadığım şəhər.
 
Skopye – İstanbul – Bakı reysi ilə “Şkendiya” – “Neftçi” oyunundan qayıdan nümayəndə heyətinin bir üzvü də bəndəniz idi. Pasport nəzarətini keçdikdən sonra paytaxtımıza aparan təyyarənin uçuşuna 5,5 saat qalması qardaş ölkənin ən canlı şəhərini gəzmək imkanı yaratmışdı. Amma pasport nəzarətindən keçərkən, növbədə dayanan, qarşımdakı iki zırpı zəncinin hoqqabazlığı yarım saat yubanmağımı şərtləndirdi və nəticədə həmkarlarımdan ayrı düşdüm…
 
20 il əvvəl necə idisə, indi də yerli taksi sürücüləri eynidi – imkan düşdüsə, müştərinin qulağını kəsməlidilər. Həmsöhbətim Kamranda bu, qismən alındı. O, avronun kursunda bir qədər kələk gəlməyi bacardı. Yaxındakı ticarət mərkəzinə çatınca bir qədər söhbətləşdik. Yaşı 30-u yenicə adlamış Kamran antigülənçidi. Bütün terror aktlarında da Amerikanın əlinin olduğunu iddia edir. Söhbəti futbol tərəfə çevirsəm də, o, “şəhərdə gəzməyə qorxuruq, futbol yadımıza düşmür” cavabını verir…
 
Az sonra 6 mərtəbəli ticarət mərkəzinə daxil oluram. Təəccüblü, üzücü mənzərənin şahidi oluram: sanki hava limanındayam, dəmiryoxlayan cihaz, əlində avtomat dayanan polis və danışıq qurğusu olan xanım polis. Dəmiryoxlayan siqnal verincə, avtomat üstümə tuşlanır. Geriyə çəkilib, yenidən aparatdan keçməyimi istəyirlər. Ancaq xanım polis pasportumun üstümdə olduğunu soruşur. Pasportumu təqdim edirəm və olduqca xoş reaksiyanı görürəm: “Evinizə xoş gəldiniz, qardaş”. Anadolu türkçəsində, amma bizim dialektdə. Yoxlanış bununla da sona çatır. Nə çantalarıma baxan olur, nə dəmir səsinin hardan gəlməsini aydınlaşdıran.
 
Bir neçə satıcıyla da bir gün əvvəlki oyun barədə söhbət salmağa cəhd edirəm. Amma onlardan yalnız biriylə real fikir mübadiləsi aparmaq mümkün olur. Ən təəccüblüsü də budu ki, satıcı gənc xanımdı – 25-27 yaşlarında olan bu futbol fanatının “Şkendiya” – “Neftçi oyununu izlədiyini eşitdikdə gözlərim bir qədər böyüyür.
 
– “Beşiktaş” fanatıyam. Atam da, anam da bu klubun fanatıdı. Onlar elə stadionda tanış olublar. Evdə ancaq bir klub barədə söhbət gedirsə, uşaqlar da ona bağlı olmalıdı.
 
– Bəs, “Neftçi”?
 
– “Ağ-qara” forma görəndə, “Beşiktaş”ı düşünürəm. “Yuventus”a da bu səbəbdən azarkeşlik edirəm. “Neftçi” də bizim rəngimizdi. Amma təəssüf ki, dünən “ağ-qara” ruhu futbolçularınızda görmədim.
 
– Heç birində?
 
– İnciməyin, amma heç birində. Bir qaradərili müdafiəçiniz var idi (Jayronu nəzərdə tutur), vuruşurdu. Ancaq o da düzgün vuruşmurdu. Komanda yoldaşlarına enerji verməli idi ki, onlar da ona qoşulsun. Kapitanınızı kim təyin edib?
 
– İnanın ki, mənim belə səlahiyyətim yoxdu…
 
– (Gülür) Yox, abi, kapitan bilirsiniz necə olmaılıdı?
 
– Yoox, hardan bilim…
 
– (Daha ucadan gülür) Məşqçi nə desə çöldə deyir, kapitan isə meydanda məşqçidən də önəmlidi. Nə bir kəsə söz deyirdi, nə kiməsə dəstək olurdu, nə də özü futbol oynayırdı. Belə də “ağ-qara” kapitan olar? Sizdən bir xahiş etsəm olar?
 
– Buyurun…
 
– Bəlkə çantanızda “Neftçi”nin forması ola?
 
– Xeyr, yoxdu, ola da bilməz.
 
– Maalesef (təəssüf)…
 
Beləcə, adını soruşmağı belə unutduğum yeganə “Neftçi”sevərlə vidalaşdım. Geriyə gətirən taksi də qiymət oxumağa çalışdı. Ancaq bu dəfə taksi sürücüsünün qapıma qol vurmaq cəhdi baş tutmadı.
 
Hava limanında Səməd Qurbanovla Səmədağa Şıxlarova rast gəldim. İnternetin yoxluğunda noutbuku qoşub şahmat oynamağa başladım. Mənə bir qədər yaxınlaşan Səməd müəllim “uda bilirsən”, sualını verincə “zəifdi” cavabını aldı. Dərhal “Jiquli”ni matça dəvət etmək qərarına gəldim. Qurbanovla partiyamız 1 saata yaxın davam etdi. Nə gizlədim, sabiq “10 nömrə” məni xeyli təəccübləndirdi. Yox-yox, Müşahidə Şurasının üzvü debütdən xəbərsizdi. Ancaq onun ortaya qoyduğu oyun bəndənizi xeyli təəccübləndirdi. Kimin qalib gəlməsinin fərqi yoxdu. Qurbanova verdiyim sual “Arifə bir işarə” idi.
 
– Səməd müəllim, “Neftçi”nin hazırki futbolçularından kimsə sizin kimi şahmat oynaya bilir?
 
Qurbanov bir dəqiqəyə yaxın susdu, sonra ah çəkdi. Bəli, futbol vur-qaç oyunu deyil, futbol düşüncə mübarizəsidi. Mərhum Əhməd Ələsgərovun dövründə “Neftçi”nin bazasında şahmat ayrılmaz atribut idi. Onlarla tarixi şəkillərdə veteran futbolçularımızın “qırmızı guşə”dəki şahmat mübarizələri əks olunub. Azərbaycan futbolunun, futbolçularının bəlalarından biri də intellektual mübarizəyə meyl göstərmək əvəzinə, qulaqcığı taxıb, saqqız çeynəməsindədi.
 
Nəhayət, təyyarəyə minik başlayır. Sərnişinlər yerlərini tuturlar. 3 saata yaxın vaxt tez ötür. Yoxlanışı birinci keçənlərdən olduğum üçün diqqətimi bir qrup gənc çəkir. Onlar “Neftçi”dən hesabat tələb etməyə gəlib. Bu uşaqların verdikləri sualları gördükdə iradlarının haqlı olduğunu anlayıram: “Murad Ağayevi kim gətirib? Onu hansı xüsusiyyətinə görə komandaya cəlb etmisiniz? Seleksiya işinə cavabdeh kimdi? Həmin şəxsi Müşahidə Şurası təyin etməyib?”
 
Ancaq yanlışlıqlar da yox deyildi. Avtobusun qarşısını kəsmək, məşqçini istefaya səsləməklə razılaşa bilmirəm. Hərçənd, ikinci hissə azarkeşin haqqıdı. Sadəcə, çempionatın startına sayılı günlər qalmış məşqçi dəyişikliyi komandanın ziyanına işləyər. Əksinə, futbolçuları təzyiq altında saxlamaq lazımdı, məşqçiyə dəstək olmaq gərəkdi. Qışadək. Yox, qışadək də nəticələr uğursuz olsa, belədə, yeni məşqçi tələbi ilə razılaşmaq olar. Yeni gələn yarım il yeni komanda formalaşdırar, növbəti mövsüm isə nəticə verməyə çalışar.
 
Azarkeş – klub mübahisəsi “istefa” şüarları ilə sona çatır. “Neftçi” Hava limanından ayrılır. Jurnalistlər də Bakı – İstanbul – Skopye – İstanbul – Bakı missiyasını başa vurub, nəhayət, evləri tərəf yola düşürlər. Bayram günlərini peşə borcunu yerinə yetirən jurnalistlər.
 
CEYHUN ƏLİYEV
 
P.S. Yazını yekunlaşdırarkən saat 01:40-ı göstərir. Yəni, artıq bayram günümüz arxada qalıb. Ancaq səfərlə bağlı son yazının son cümələsini media əhlinə həsr etmək hüququndan yararlanmaq istəyirəm: BAYRAMIMIZ MÜBARƏK!
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Zirə” ilə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm