Bizi izləyin

Müsahibə

Vəli Qasımov: "Bu vəziyyətdən alnıaçıq, üzüağ çıxacağıq"

Son günlər ictimaiyyətdə, xüsusilə də sosial şəbəkə…

blank

Son günlər ictimaiyyətdə, xüsusilə də sosial şəbəkələrdə “Neftçi”nin Avropa Liqasındakı çıxışı və hazırkı durumu müzakirə mövzusudur. Futbolinfo.az xəbər verir ki, azarkeşlərin çoxsaylı suallarını nəzərə alaraq klub saytı komandanın baş məşqçisi Vəli Qasımovdan müsahibə alıb:

– Əvvəlcə komandanın Avropa Liqasındakı çıxışı barədə danışmağınızı istərdik.
– Əvvəldən də qarşıya məqsəd qoymuşduq ki, iki mərhələ keçək. “Baltsan”la səfər qələbəsindən sonra cavab matçında müəyyən arxayınlıq oldu. İkinci mərhələdə rəqibimiz olan “Şkendiya” klubunun səviyyəsi bəlli idi. Komandanın heyətinin yarısı Makedoniya millisinin üzvüdür. Polşanın “Krakovya” klubu ilə hər iki oyunda inamlı qələbə qazandılar. Polşalılara iki oyunda 4 qol vurdular. Bu komandanın hücum xəttinin daha güclü olduğunu bildiyimiz üçün oyunu müdafiədə daha diqqətli olmağa çalışdıq. Əsasən səfər oyununda əlimizə düşən şanslardan yararlana bilsəydik, mərhələni keçən tərəf biz olacaqdıq. Amma bu futboldur, nəticə hər dəfə istədiyimiz kimi olmur.

– “Şkendiya” ilə oyundan sonra azarkeşlər komandanı aeroportda qarşıladı…
– Onların bizi qarşılayacağını hələ Makedoniyada olanda bilirdik. Nəticə tələb etmək azarkeşin haqqıdır. Düzdür, bunu daha sakit tərzdə eləmək olar. Sadəcə, həmin anda emosiyaları cilovlamaq çətin idi. Biz həmişə azarkeşlərə açıq olmuşuq. Nə sözləri, təklifləri varsa, soyuq başla görüşüb bir-birimizi dinləyə bilərik.

– Azarkeşlərin əsas etirazı hücum xəttinə futbolçunun alınmaması ilə bağlıdır.
– Biz mövsüm başa çatan kimi müdafiəni gücləndirməyi düşündük. Çünki 2-3 müdafiəçi ilə hazırlaşmağımız düzgün olmazdı. “Baltsan”la oyuna yeni hücumçu sifariş etmək fikrimiz var idi, amma almaq istədiyimiz qapıçı tibbi baxışdan keçə bilmədiyi üçün digər qapıçı axtarışına başlamalı olduq. Bu da bizə vaxt baxımından çətinlik yaratdı. Danışıq apardığımız hücumçular isə son anda başqa komandalarla anlaşdılar. Bəzi hallarda isə istədiyimiz futbolçuya görə böyük məbləğ tələb edildi. İndiki vəziyyətdə o transferi reallaşdırmaq olmazdı. Məsələn, Jairo və Aylton ötən mövsüm bizə transfer olunanda hər kəs tərəfindən tənqid olunurduq. Hazırda Jairo oyunu ilə azarkeşlərin də sevgisini qazanıb. Aylton isə “Neftçi”də çıxış etdikdən sonra Portuqaliya klubuna transfer olundu. Biz onunla danışıqlar aparsaq da, Aylton karyerasını düşünərək təbii olaraq Portuqaliya çempionatında oynamağı seçdi. Özü də Aylton bizim təklif etdiyimiz qiymətin yarı miqdarı qarşılığında “Eştoril”lə razılaşdı.

– Yeni transferlərin oyunu azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Bəyənənlər də oldu, tənqid edənlər də…
– Yeni transferlərimizin biri qapıçı, ikisi müdafiəçi, digər ikisi isə dayaq yarımmüdafiəçisidir. Adətən bu mövqelərdə çıxış edən futbolçular hücumçular qədər diqqət mərkəzində olmur. Qapıçı Krşevan Santini keçirdiyimiz oyunlarda yaxşı təsir bağışladı. Düşünürəm ki, o bizə çox faydalı olacaq. Vançe Şikov Makedoniya millisinin aparıcı üzvlərindən biridir, Avstriya çempionatında çıxış edib. “Şkendiya” ilə oyunda ikiqat şanssızlıq yaşadı. Top uğrunda mübarizədə həm ayağı sındı, həm də mənim fikrimcə, layiq olmadığı qırmızı vərəqəni aldı. Dario Melnyakın da oyunundan razıyam. Təbii ki, futbolçunun tam uyğunlaşması üçün müəyyən vaxta da ehtiyac var. Edson Kastilyo isə gənc olması ilə yanaşı, ilk dəfədir ki, legioner həyatı yaşayır. Uyğunlaşma ilə bağlı müəyyən problem ola bilər. Məncə, Murad Ağayev də getdikcə daha yaxşı oyun sərgiləcəyək. Komanda hazırda gözlədiyim səviyyədə olmasa da, qısa müddətdə istədiyimiz heyəti formalaşdıracağıq.

– Komandaya yeni transfer gözlənilirmi?
– Transferlər təkcə Avropa Liqası üçün deyil, bütün mövsüm üçün edilir. Burada tələsik qərar vermək olmaz. Yanlış oyunçu seçimi sonradan klubun ziyanına işləyə bilər. Elə futbolçu transfer etməliyik ki, komandaya faydalı olsun.

– “Baltsan”la cavab oyunundan sonra azarkeşlərdə ümidsizlik yaranmışdı…
– Bu mövsüm mükafatlara iddialı bir “Neftçi” görəcəksiz. Həm ölkə kubokunda, həm də çempionatda yüksək yerlər uğrunda oynayacağıq. Ötən mövsüm AZAL klubundan 9 xal geridə idik. O zaman avrokuboklara vəsiqə qazanaca biləcəyimizi düşünənlər az idi. Lakin biz çətin vəziyyətdə toparlanaraq bu tapşırığın öhdəsindən gəldik. İndi də müəyyən çətinliklərimiz var, amma biz bu vəziyyətdən alnıaçıq, üzüağ çıxacağıq.

– Azarkeşlər öz rəylərində futbolçuların oyunundan razı qalmadıqlarını və sizin onların tərəfini saxladığınızı bildirir…
– Mənim də həm ölkədə, həm də xaricdə futbolçu karyeram olub. Peşəkar məşqçi futbolçularına hər zaman dəstək olmalıdır. Uduzmuşuqsa, bəhanə axtarmaq istəmirəm. Mən hər zaman futbolçuların tərəfini saxlayacağam. İstəmirəm ki, onlar bədbinliyə qapılsınlar. Belə olsa, nəticə də qazanmaq mümkün olmaz. Unutmayaq ki, bu futbolçularla biz ölkə kubokunun finalında oynamışıq.

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-03 11:10

“Qəbələ” yetirmələri məyusdur: “Bakı”nın yaşadığı aqibəti…”

blank
Dünya futbolu2024-05-03 10:58

Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd

blank
Ölkə futbolu2024-05-03 10:35

Denis Silva “Neftçi”nin toparlanacağına inanır: “Məşqçi kimi Azərbaycana qayıtmaq əla olar”

blank
Dünya futbolu2024-05-03 10:17

Sane oynamayacaq

blank
Digər2024-05-03 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-03 09:45

Poçettino: “Kopperfild deyiləm”

blank
Ölkə futbolu2024-05-03 09:27

Qurbanov: “Yerli məşqçiyə güvənmək lazımdır”

blank
Dünya futbolu2024-05-03 09:10

Fransalı futbolçu AÇ-2024-ü buraxacaq

blank
Dünya futbolu2024-05-03 08:51

Messiyə daha bir mükafat

blank
Ölkə futbolu2024-05-03 08:35

“Azərbaycan çempionatı artıq tramplinə çevrilib”

blank
Dünya futbolu2024-05-03 08:17

“Tottenhem” “Çelsi”yə də uduzdu

blank
Milli komanda2024-05-03 08:00

Vay(ss) bizim halımıza?

blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm