Ölkə futbolu
"Qəbələ" böyükhesablı qələbəyə sevindi
Yeni mövsümə hazırlaşan “Qəbələ”nin əvəz…
Yeni mövsümə hazırlaşan “Qəbələ”nin əvəzedici komandası daha bir yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan “qırmızı-qaralar” I divizion təmsilçisi “Şuşa-Qarabağ”la qarşılaşıb.
Matçın gedişində məğlub duruma düşən Hüseynqulu Quliyevin yetirmələri 4 qol vuraraq 4:1 hesablı əzmkar qələbə qazanıblar. Böyük hesabla qalib gələn komandanın heyətində Ravil Yusifli 2, Ramil Hasanovla Rövlan Muradov hərəyə 1 qol vurublar. Bu, əvəzedicilərin Bakı toplanışında 2-ci qələbəsi olub. Belə ki, iyulun 22-dən paytaxtda hazırlıq keçən “Qəbələ” ayın 24-də I divizion klubu “Qaradağ-Lökbatan”la görüşüb. Həmin matçda 2:1 hesabı ilə qalib gələn komandanın heyətində Ülvi İsgəndərov və Bəhlul Mustafazadə fərqləniblər.
Xatırladaq ki, ötən mövsümün çempionu olan "Qəbələ"nin əvəzediciləri yeni mövsümün hazırlıqlarını iyulun 29-da keçiriləcək yoxlama matçı ilə tamamlayacaq. Quliyevin yetirmələri həmin gün Qəbələdə I divizion klubu “Ağsu”nu sınağa çəkəcək. Bu matçdan sonra iki günlük fasiləyə buraxılacaq komanda ardından yeni mövsümün I turunun “Kəpəz”lə görüşünə hazırlaşacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”