Bizi izləyin

Ölkə futbolu

Qələbəni yarımmüdafiə xətti “istəmədi”

“Qarabağ” tarixi nəticəyə imza atdı. Çempionla…

blank

“Qarabağ” tarixi nəticəyə imza atdı. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində indiyədək heç bir Azərbaycan klubu səfərdən xalla dönməyi bacarmamışdı.

Ağdamlıların bu statistik göstəricisi müsbət emosiyalara rəvac verir. Bəs, oyun? Qarşısına Çempionlar Liqasının qrupuna düşmək vəzifəsi qoyan, tarixinin ən güclü heyətinə malik “süvarilər” sərgilədikləri futbolla cavab qarşılaşması öncəsi nikbin əhval-ruhiyyənin təməl daşını qoydularmı?

Start heyətində Mahir Mədətovun yer alması, ən yaxşı halda, “təəccübləndirici” statusu ala bilər. Əlbəttə, gənc hücumçunun bişməsi üçün bu cür məsul qarşılaşmlarda meydana çıxması olduqca önəmlidi. Özü də Riçard Almeyda, Miçel, Reynaldo, Dani Kintana kimi oyunçuların əhatəsində. Ancaq hələ futbol əlifbasının “A” hərfini öyrənən oyunçu start heyətində çıxmalı deyildi. Bəli, məqsəd oyunun ilk yarısında rəqibin müdafiə xəttini yormaq, fasilədən sonra Reynaldonu hücuma atıb, texnikası və sürətindən istifadə etmək ola bilər. Ancaq Mədətovun 45 dəqiqəyə bu vəzifənin öhdəsindən gəlməyəcəyi əvvəlcədən məlum idi. Gəlmədi də…

İlk dəqiqələrdən Azərbaycan çempionunun rəqibindən çəkindiyi hiss olunmağa başladı. Komandanın ən zəifləri sıralamasına Riçard Almeydanın başçılıq edəcəyini görmək olduqca üzücü mənzərə idi. “Qarabağ”ın “dirijor”u sanki orkestri “çubuqsuz” idarə etməyə çıxmışdı. Çoxsaylı səhvləri sıralayan braziliyalının oyunu getməyincə, mərkəzdə Plzen təmsilçisi istədiyi futbolu ortaya qoya bilirdi. Daha çox yük Maksim Medvedevin cinahına düşürdü. Rəqibin kəsərli hücumlarının məhz sağdan alınmasında Maksdan çox Dani günahkar idi. Müdafiə xəttinə kömək etməyən ispaniyalı millimizin müdafiəçisini daim 2 rəqibə qarşı qoyurdu ki, belədə, boşluqlar qaçılmaz olurdu. Elə Miçel də “qab”ında deyildi. Komandanın 3 aparıcı yarımmüdafiəçisi inamsız oynayırsa, bu kollektivdən hansısa fövqaluğur gözləməyə dəyməz.

Nə yaxşı ki, dünənki axşam Qara Qarayev karyerasının ən yaxşı oyunlarından birini keçirdi. Qaranın “qara” işi də, “ağ” işi də göz oxşayırdı. Söhbət təkcə topu boş qapıdan çıxarmasından getmir. Qarayev sözün yaxşı mənasında “harda aş, orda baş” idi. Uzun ötürmələri də yerində idi, komanda yoldaşlarını sığortalaması da, rəqibin kəsərli hücumlarının qarşısını xırda follar hesabına alması da.

Müsbət qəhrəmanlardan danışarkən, “müdafiə naziri” Rəşad Sadıqovu unutmaq olmaz. Bəli, kapitanın sürəti əvvəlki deyil, ancaq təcrübə! Futbolda ağıl həmişə sürətdən üstün keyfiyyət olub. Sadıqov da mövqe seçimi, rəqibin gedişlərini oxumaq bacarığı ilə müdafiənin mərkəzinin ipini əlində saxlayırdı.

Ortaya çıxan təbii sual: “Bəs, “Qarabağ”ın qapısı qarşısındakı qol vəziyyətləri”? Yuxarıdakı abzaslarda qeyd etmişdik ki, ağdamlıların əsas kozırı sayılan yarımmüdafiə xətti olduqca inamsız  təsir bağışlayırdı. Bax, həmin keyfiyyətsiz futbolun acısı qapımız qarşısındakı təhlükəli epizodlara rəvac verirdi.

Bununla yanaşı, İbrahim Şehiç də çıxışlarda olduqca inamsız təsir bağışlayırdı. Ötən il “Seltik”lə görüşdə buraxdığı mövqe səhvi “Qarabağ”ı Avropa Liqasının pley-offuna yuvarlamışdı, Allah təkrardan saxlasın.

Fasilədən sonra Qurban Qurbanov Muaremi döyüşə ataraq, Reynaldonu hücum xəttinə keçirdi. Bu yerdəyişmədən sonra “süvarilər” qismən də olsa, özlərinə gəlməyə başladılar. Ancaq Almeydanın inamsız oyunu komandanın ansabl şəklində görünməsini əngəlləyirdi. Ümumiyyətlə, “Qarabağ” hər epizodda oyunu “söndürməyə” çalışırdı və aşkar şəkildə səfərdən heç-heçəylə dönmək arzusunda olduğunu hiss etdirirdi.

Əgər Muarem az-çox komandanın oyununu canlandırdısa, Əfran İsmayılov nəyə görə ehtiyatda qaldığını meydanda olduğu dəqiqələrdə rahatlıqla ortaya qoydu. Vaxtilə parlaq oyunuyla adından söz etdirən Əfrandan ancaq kölgəsi qalıb.

Ən xoşagəlməz məqam budu ki, rəqib azlıqda qaldığı 15 dəqiqədə də “Qarabağ” hücum edib hesabı açmağa meyl göstərmədi. Topu özündə saxlamaqla kifayətlənən çempionumuz “buna da şükür” dedi. Unutmayaq ki, cavab oyunu Bakıda keçirilsə də, rəqib həmin rəqib olacaq, amma ilk görüşdəki son 15 dəqiqədən fərqli olaraq, “Viktoriya”nın heyətində 11 oyunçu yer alacaq.

Ağdam klubunun  potensialı “Viktoriya” səddini aşmaq üçün yetərlidi. Bu da faktdı ki, “Qarabağ” ideal formasını hələ yığmayıb. Ancaq Plzen təmsilçisi də Azərbaycan çempionuyla  eyni vəziyyətdədi: Çexiya çempionatı hələ ki, start götürməyib. Bizə indi yalnız ümid etmək qalır. İnanaq ki, növbəti 1 həftə ərzində Qurban Qurbanovun yetirmələri relsə düşəcəklər və Respublika stadionunda adət etdiyimiz əzəmətli “Qarabağ”ı görəcəyik.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm