Ölkə futbolu
Aqollinin durumuna sabah aydınlıq gələcək
Dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhəl…
Dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Çexiyada keçirilən “Viktoriya” – “Qarabağ” (0:0) görüşündə zədələnən Ansi Aqollinin durumuna sabah aydınlıq gələcək. Futbolinfo.az xəbər verir ki, matçın gedişində əzələsini dartan oyunçunun zədəsi ilkin diaqnozlara görə, elə də ciddi deyil.
Buna baxmayaraq, sabah albaniyalı müdafiəçi tibbi müayinədən keçəcək. Onun zədəsinin nə dərəcədə ciddi olması məhz bu yoxlanışdan sonra daha dəqiq bilinəcək.
Qeyd edək ki, Aqolli çexlərlə görüşün 79-cu dəqiqəsində topsuz epizodda zədələnərək İlqar Qurbanovla əvəzlənmişdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib