Bizi izləyin

Müsahibə

Əliyar Ağayev: "Adımı eşidəndə inanmağım gəlmədi"

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev AFFA-nın saytına m&uum…

blank

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev AFFA-nın saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final oyununu idarə etdiniz. Təəssüratlarınız necədir?
– Təbii ki, final mərhələsinə dəvət edilən hər bir hakimin məqsədi həlledici qarşılaşmanı idarə etmək idi. Amma əvvəlcə əsas fikrimi qrup mərhələsinin oyunlarını yüksək səviyyədə idarə etməyə və mümkün qədər yüksək qiymət almağa yönəltmişdim. Hər hakimin qrup mərhələsində iki oyuna təyinat alacağını bilirdik. Qrup oyunlarını, demək olar, yüksək səviyyədə idarə etdim. Bundan sonra özünəinamım artdı və yarımfinal mərhələsinin oyunlarından birinə təyinat alacağımı gözləyirdim. Təyinat günü kimin hansı oyunu idarə edəcəyi açıqlandığı zaman yarımfinal yox, pley-off oyununda dördüncü hakim olacağım bildirildi. Ardınca, dərhal finalın baş hakiminin də adı açıqlandı. Adımı eşidəndə inanmağım gəlmədi.

– Final qarşılaşmasına təyin olunduğunuzu bildikdən sonra üzərinizdə təzyiq hiss edirdinizmi?
– Yox desəm, yalan danışmış olaram. Təyinatdan dərhal sonra telefonumu söndürdüm. Heç bir xəbər portalını açmadım, bir növ özümü virtual aləmdən təcrid elədim. Bilirdim ki, Azərbaycanda əksəriyyət bu təyinata sevinəcək, haqqımda müsbət şeylər yazacaq. Ancaq bunları oxusaydım, özümdə istər-istəməz müəyyən gərginlik də yarana bilərdi. Start fitinə qədər həyəcanlı idim, fitdən sonra isə oyuna tam kökləndim və işimin öhdəsindən gəlməyə çalışdım.

– İki aparıcı futbol ölkəsinin oyunçularının azərbaycanlı hakimə münasibəti necə idi?
– Ola bilsin, öz aralarında nəsə danışsınlar. Çünki hər iki ölkənin futbol tarixi, ənənələri kifayət qədər zəngin və böyükdür. Amma 90 dəqiqənin tamamında hər iki komandanın üzvləri yaxınlaşıb, yaxşı idarəçiliyə görə briqadamızı təbrik etdilər.
 
– Təyinatdan sonra UEFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina sizi e-mail vasitəsilə təbrik edib. Bəs oyun başa çatdıqdan sonra necə, idarəçiliyinizlə bağlı fikrini çatdırıbmı?
– Özü birbaşa yox, ancaq oyunun hakim-inspektoru komitədən təşəkkür etdiklərini dedi.
 
– Bəs oyunun hakim-inspektoru idarəçiliyinizlə bağlı nə dedi?
– Oyundan sonra heç bir fraqmentə baxılmadı. Dedi ki, birinci qol epizodu zamanı oyunu dayandırmamağın, üstünlük işarəsi verməyin bütün suallara aydınlıq gətirdi. 

– Köməkçilərinin fərqli ölkələrdən olması anlaşma baxımında çətinlik yaratmırdı?
– Oyundan əvvəl ola bilsin, hansısa anlaşılmazlıq olurdu. Ancaq təlimatlardan sonra bunu hiss etmirdik. Hər birimiz ölkəmizlə yanaşı, həm də UEFA-nı təmsil edirik.
 
– Topaz Premyer Liqası ilə Avropa çempionatının oyunlarını müqayisə etmək olarmı?
– Peşəkarlıq baxımından fərq var. Avropa çempionatında çıxış edən yeniyetmələr idi, bizim çempionatda oynayanlar isə peşəkarlar. Bir-iki oyun oldu ki, sürət baxımından fərqləndi. Ümumi götürdükdə, çempionatımız üstündür.
 
– Ötən mövsümün sonuna yaxın cəzalandırıldınız və  Topaz Premyer Liqası oyunlarına təyinat almadınız. Bunun təsirini necə, hiss etdinizmi?
– Çətinlik yaradacağını gözləyirdim. Xüsusilə də, oyun təcrübəsi baxımından bunu hiss edirdim. Lakin çalışırdım ki, 90 dəqiqə ərzində bunu büruzə verməyim. Ancaq yeni mövsümə uğurlu start verdim. UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də keçiriləcək “Krasnodar” – “Birkirkara” oyununa da təyinat almışam. Üstəlik, gələn həftə Topaz Premyer Liqasının yeni mövsümünə də start veriləcək. Bu təyinatdan sonra məsuliyyətim artıb.
 
– Bundan sonra qrup mərhələsinin oyunlarına tez-tez təyinat alacağınızı gözləmək olarmı?
– Buna ümid edirik. Ötən mövsüm 1 qrup oyunu idarə etdim. Amma bu dəfə dekabra qədər qrup mərhələsinin ən azı 2 oyununa təyinat alacağıma inanıram. Qarşıdakı 6 ay mənim üçün çox vacib dövr olacaq.
 
– Uğurlu idarəçiliyinizin ümumilikdə Azərbaycan hakimliyinə beynəlxalq təyinatlar zamanı nə dərəcədə müsbət təsiri ola bilər?
– Düşünürəm ki, Avropa çempionatının final mərhələsinin Almaniya kimi böyük ölkədə keçirilməsi özlüyündə vacib məqamdır. Böyük futbol ənənələri olan ölkədə final qarşılaşmasını azərbaycanlı hakimin idarə etməsi Azərbaycan futboluna da müəyyən qədər diqqət yarada bilər. Adımızı eşidən azarkeşlər, funksionerlər istər-istəməz internet vasitəsilə futbolumuz, ölkəmiz haqda əlavə məlumatlar toplamağa çalışacaqlar.

Reklam

Reklam


blank
Premyer-liqa2024-05-11 09:00

“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-05-11 08:00

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

blank
Dünya futbolu2024-05-11 01:33

“Jirona” qələbəni əldən verdi

blank
Dünya futbolu2024-05-11 01:24

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-05-11 01:12

“Ştutqart”dan növbəti qələbə

blank
Dünya futbolu2024-05-11 01:04

“Nitsa”ya 1 qol bəs etdi

blank
Digər idman növləri2024-05-11 00:30

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-11 00:09

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Digər idman növləri2024-05-10 23:42

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin bürünc medalını qazandı

blank
Digər idman növləri2024-05-10 23:20

Stadnik üçün olimpiadaya lisenziya şansı davam edir

blank
Digər idman növləri2024-05-10 22:51

Azərbaycanın 4 təmsilçisi AÇ-nin finalına vəsiqə qazandı

blank
Digər idman növləri2024-05-10 22:36

“Sabah” Azərbaycan Basketbol Liqasında ilk finalçıdır

blank
Premyer-liqa2024-05-10 22:23

“Neftçi”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2024-05-10 22:00

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

blank
Premyer-liqa2024-05-10 21:30

Adil Şükürov: “Gələcək oyunlar üçün dərs çıxarmalıyıq”

blank
Premyer-liqa2024-05-10 20:53

“Neftçi”dən əzmkar qələbə

blank
Ölkə futbolu2024-05-10 20:37

Kvirkviya mükafatlandırıldı

blank
Ölkə futbolu2024-05-10 20:19

Masazırda mövsümün son ev oyununda “Sabah” azarkeşləri üçün sürprizlər

blank
Dünya futbolu2024-05-10 20:02

Dubla imza atdı, həftənin ən yaxşısı seçildi

blank
Dünya futbolu2024-05-10 19:48

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

blank
Dünya futbolu2024-05-10 19:33

Avroliqada həftənin futbolçusunun adı açıqlandı

blank
Dünya futbolu2024-05-10 19:18

Türkiyədə işləmiş mütəxəssis “Ayaks”ı çalışdıra bilər

blank
Dünya futbolu2024-05-10 19:00

Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-10 18:39

İlin ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-10 18:20

Azərbaycan samboçuları AÇ-ni 3 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-10 18:01

“Kəpəz”də 7 itki

blank
Digər idman növləri2024-05-10 17:43

Yeddiqat dünya çempionu mövsümün ən yaxşısı elan edildi

blank
Dünya futbolu2024-05-10 17:25

Kasilyasdan Luninə dəstək

blank
Digər idman növləri2024-05-10 17:07

Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq şahmat turnirində iştirak edəcək

blank
Müsahibə2024-05-10 16:51

“Qəbələ” mövsümün əvvəlindən bu strategiyanı icra etsəydi…” – Arif Əsədov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm