Dünya futbolu
DÇ-nin 4-cü iştirakçısı da bilindi
Libertadores kubokunun qalibi müəyyənləşib. Futbolinfo.az xə…
Libertadores kubokunun qalibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Kolumbiyanın “Atletiko Nasyonal” klubu tarixində 2-ci dəfə Cənubi Amerikanı ən nüfuzlu klub turnirinin qalibi olub.
Kolumbiyalılar finalda Ekvadorun “İndependente” klubunu məğlub edib. Səfər matçında 1:1 hesablı heç-heçəyə nail olan “Atletiko Nasyonal” evdə kuboku qazandıran nəticəyə imza atıb – 1:0.
1989-cu ildə də turnirin qalibi olan Kolumbiya təmsilçisi 27 ildən sonra uğurunu təkrarlayıb. Bununla da “Atletiko Nasyonal” klublararası dünya çempionatına da vəsiqə qazanıb.
Dekabrın 8-18-də Yaponiyada baş tutacaq çempionatda iştirak edəcək 7 klubdan 4-ü bəllidi. Burada Okeaniyanı “Oklend Siti” (Yeni Zelandiya), Avropanı “Real” (İspaniya), KONKAKAF zonasını “Amerika” (Meksika), Cənubi Amerikanı “Atletiko Nasyonal” (Kolumbiya) təmsil edəcək.