Ölkə futbolu
Sezar Meza Kolli qərarını verdi
Sezar Meza Kolli "İnter"ə dönməyəcək. Bu barədə …
Sezar Meza Kolli "İnter"ə dönməyəcək. Bu barədə futbolinfo.az saytına paytaxt təmsilçisinin mətbuat katibi Səbuhi Məmmədov məlumat verib.
Mövsüm başa çatdıqdan sonra əməliyyat olunan və vətənində bərpa prosesi keçən paraqvaylıya klub yeni müqavilə təklif etmişdi. Lakin əcnəbi futbolçu Bakıya dönməməyə üstünlük verib.
Əvəzində "İnter"dən ayrılacağı gözlənilən Zurab Xizanişvili qərarını qətiləşdirib. Komanda ilə birgə Türkiyə toplanışında iştirak edən gürcüstanlı mərkəz müdafiəçisi növbəti mövsümdə də "bankirlər"in heyətində yer alacaq.