Ölkə futbolu
"Neftçi" yoxlama oyunu keçirəcək
“Neftçi” mövsümöncəsi hazırlıqlar…
“Neftçi” mövsümöncəsi hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bakılılar növbəti mövsümə çalışmalarını yeni bazasında – İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda həyata keçirir.
Ölkə çempionatının 1-ci turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq komanda iyulun 30-da yoxlama görüşündə qüvvəsini sınayacaq. Paytaxt təmsilçisi həmin gün, saat 18:00-da bazasında “Şuşa-Qarabağ”la qarşılaşacaq.