Ölkə futbolu
Azərbaycan ilk “onluq”da
UEFA Çempionlar Liqasının üçüncü təsni…
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra cari mövsümün əmsallar cədvəli açıqlanıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, klubları ümumilikdə 2,000 xal toplayan Azərbaycan 10-cu pillədə qərarlaşıb.
Ölkəmiz eyni xala malik Xorvatiya və Şotlandiyanı əlavə göstəricilərdə qabaqlayır. Hesabımızdakı 2 xalın 0,750-sini “Qəbələ”, 0,500-nü “Qarabağ” toplayıb. “Neftçi” və “Kəpəz”in qazancı 0,375-di.
Siyahıya isə Belarus başçılıq edir. Onların hesabında 2,625 xal var. Eyni göstəriciyə malik Danimarka 2-cidi. İlk “üçlüy”ü isə Lixtenşteyn qapayır – 2,500.