Bizi izləyin

Milli komanda

Millidə nəsil dəyişməsi: sabah daha güclü ola bilərik

Dünya çempionatının seçmə qrup mərhələsi oyun…

blank

Dünya çempionatının seçmə qrup mərhələsi oyunlarına qalan zaman kəsiyi saatbasaat azalır. Budəfəki tsikl Azərbaycan futbolu üçün xüsusi önəm kəsb edəcək. Millimizin döyünən ürəyi Rəşad Sadıqov üçün bu tsikl sonuncu olacaq. 

Rahid Əmirquliyev, Maksim Medvedev, Kamran Ağayev, Rauf Əliyev, Ruslan Abışov, Əfran İsmayılov, Elvin Məmmədov, Arif Daşdəmirov kimi futbolçular da 4 il sonra butslarını mismardan asmaq barədə düşünməyə başlayacaq. Bu yazıda indiki nəslin futbolçularının ölkə adına nə verməsinə deyil, yeni gələnlərə nəzər salacağıq.

Ramil Şeydayevin haqq yoluna gəlməsi hər birimizi sevindirdi. Necə baş verməsi o qədər də maraqlı deyil. Fakt budu ki, yığmamız 20 yaşlı forvardın timsalında əsl qoleadorla gücləndi. Emin Mahmudovun da yaxın zamanlarda üçrəngli bayrağımıza sığınacağı gözlənilir. Şeydayevin mərmidaşıyıcıya ehtiyacı olacaq ki, Emin bu səpkidən millimiz üçün ən uğurlu seçim olacaq.

Ramilin hazırda 20, Mahmudovun isə 24 yaşı var. Dörd il sonra hər ikisi karyeralarının zirvə nöqtəsində olacaq. Deməli, uzun illər ən çox əziyyət çəkdiymiz hücum xətti problemi hansısa dağıstanlıların hesabına yox, azərbaycanlı balalarının bacarığı ilə həllini tapacaq. Özü də daha keyfiyyətli şəkildə. Şeydayevin “Trabzonspor”a, yarımmüdafiəçinin isə Portuqaliya “Boavişta”sına transfer edilməsi hər iki oyunçunun milli düşərgəsinə yaxşı formada gələcəyindən xəbər verir.

Budaq Nəsirovun Lissabon “Sportinq”inə keçidi də millimizin perspektivi baxımında olduqca mühüm hadisədi.  Nəsirov bu klubda möhkəmlənə bilsə (hələ daha elitar komandaya keçidini demirik), 4 il sonra necə bir əjdaha yarımmüdafiəçimizin yetişəcəyini təsəvvür etmək çətin deyil.

Murad Mahmudov, Fərid Nəbiyev kimi U-17 uzvlərimiz də səylə çalışsalar, gələcəkdə legioner həyatı yaşamaq şansı qazanacaqlar. Bu da öz növbəsində yığmamızın 4 il sonrakı konturları baxımından olduqca önəmli faktordu. “İnter”in sıralarında ötən mövsüm adından söz etdirməyi bacaran Sərtan Taşkın da xəyalların yığmasının potensial üzvüdü. Qapıçı problemini isə Rəşad Əzizliylə həll etmək olar. Əlbəttə, qarşısına sanballı qolkiper olmaq məqsədi qoysa…

Göründüyü kimi, yeni nəslin nümayəndələri daha ümidvericidi. Bu uşaqlara yaradılan şərait də indiki veteranlarımızla müqayisə oluna bilməz. Ancaq reallıq budu ki, nəhayət, AFFA daşı ətəyindən töküb, milli perspektivinə düzgün yanaşmağa başladı. Əcnəbilərə pasport paylamaqla yox, müxtəlif səbəblərə görə yığmamızda oynamayan azərbaycanlıları cəlb etməklə. Şeydayevlə Mahmudov misalı bunun bariz nümunəsidi. Aydın məsələdi ki, bu uşaqları razı salmaq bir günün işi olmayıb. Ancaq fakt budu ki, zəhmət hədər getməyib və indi millimizə ümidlər xeyli artıb.

Ancaq olanlarla qətiyyən kifayətlənmək olmaz. Axtarışlar davam etdirilməlidi. Eyni zamanda ölkəmizdə çıxış edən potensiallı gənclərin legioner həyatı yaşaması üçün əməli addımlar atılmalıdı. Belədə, millimizin baş məşqçisi də “onsuz da seçimim yoxdu” deməyəcək. Belədə, heç bir futbolçu yığmaya dəvət alacağına arxayın olmayacaq. Belədə, rəqabət yaranacaq ki, nəticədə udan Azərbaycan futbolu olacaq.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm