Ölkə futbolu
Tağızadə futboldan gedir
“Karvan”, AZAL, “Qəbələ” kimi iddialı klub…
“Karvan”, AZAL, “Qəbələ” kimi iddialı klublarda oynamış, son mövsümü isə “Rəvan”da keçirmiş Ruslan Tağızadə karyerasını erkən yaşda bitirməyə hazırlaşır.
Futbolinfo.az saytının məlumatına görə, bir ay öncə “Sumqayıt”la müqavilə bağlayan, lakin sonradan baş məşqçi Samir Abasovun qəzəbinə tuş gəlib heyətdən uzaqlaşdırılan Ruslanı hazırkı durum bezdirib. Odur ki, futbolçu butslarını mıxdan asmağı düşünür.