Ölkə futbolu
“Lill”in yeni transferi də “Qəbələ”yə qarşı oynaya biləcək
Avropa Liqasının üçüncü təsnifat mərhələsi…
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Lill” yeni transferi Yunus Sankareni sifariş edib. Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “qırmızı-qaralar”a qarşı oynaya biləcək.
Belə ki, “Lill” rəhbərliyi seneqallının adını "Qəbələ" ilə matçların sifariş ərizəsinə daxil edib.
Qeyd edək ki, “Qəbələ”nin “Lill” ilə ilk görüşü bu gün Fransada, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.