Ölkə futbolu
"Qəbələ" Azərbaycanın xal ehtiyatını yaxşılaşdırdı
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərç…
Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin Fransada “Lill”lə səfər qarşılaşmasında qeydə alınan 1:1 hesablı nəticə əmsalımızın artımına səbəb olub. Futbolinfo.az xəbər verir ki, bununla da ölkəmiz reytinq cədvəlində daha 0.125 qazanıb.
Hazırda Azərbaycan 15.625 xalla əvvəlkitək 24-cü pillədədi. İzləyicisi olduğumuz Şotlandiya və bizi təqib edən Kipr təmsilçiləri isə eynilə ölkəmiz kimi, aktivinə 0.125 xal əlavə etdiyindən adıçəkilənlərlə aradakı xal fərqi dəyişməyib. Hazırda hər iki ada ölkəsinin müvafiq olaraq, 16.675 və 15.300 xalı var.
Qeyd edək ki, bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 0.875, “Qarabağ” 0.500, “Kəpəz”lə “Neftçi” isə 0.375 xal zənginləşdirib.