Ölkə futbolu
“Lill”in futbolçusu: "Daha çox vurmamağımıza üzülürəm"
“Qəbələ” ilə oyunda bütün qüvvəmizi me…
“Qəbələ” ilə oyunda bütün qüvvəmizi meydanda qoyduq ki, qalib gələk. Matçın belə başa çatması isə bizi çox üzür”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Fransanın “Lill” klubunun futbolçusu Erik Botok deyib.
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qəbələ” ilə evdə keçirilən ilk oyunu haqda fikirlərini açıqlayan futbolçu 1:1-dən narazılığını bildirib: “Lakin nəzərə almalıyıq ki, futbolçularımızın bir çoxu avrokuboklarda debüt edirdi. Həm də bu oyun mövsümün ilk matçı idi. Bütün bunlar həyəcana səbəb olmuşdu. Nəticədə qarşılaşmanı pis başlayıb, qol buraxdıq. Düzdü, bərabərlik topunu vura bildik. Lakin daha çox vurmamağımıza üzülürəm. Cavab oyununa ümidlə yollanmalıyıq. Çünki bu mərhələni mütləq adlamalıyıq”.