Ölkə futbolu
Salenko: “Qriqorçukun böyük qələbələri hələ qabaqdadı”
“Roman Qriqorçuk Avroliqanın qrup mərhələsinə dü…
“Roman Qriqorçuk Avroliqanın qrup mərhələsinə düşməyə layiqdi”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Kiyev “Dinamo”sunun sabiq hücumçusu Oleq Salenko deyib.
Rusiya yığmasının keçmiş forvardı Roman Qriqorçukun çalışdırdığı “Qəbələ” komandası barədə fikirlərini bölüşüb.
DÇ-1994-ün bombardiri olan Salenko “Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində “Lill”i keçmək şansını dəyərləndirib: “Püşk Qriqorçukun komandasını “Lill”ə rəqib etdi. “Lill” Fransa çempionatının tapmacasıdı. Onlar həm hədəfə çata, həm də uğursuz oynaya bilərlər. “Qəbələ”nin üstünlüyü ondadı ki, rəqib onlarla görüşə kimi, bu mövsüm avrokuboklarda oyun keçirməmişdi. İstənilən halda, inanıram ki, Qriqorçukun böyük qələbələri hələ qabaqdadı”.
Qeyd edək ki, “Qəbələ”nin “Lill”lə dünən Fransada keçirdiyi ilk oyun 1:1 hesabı ilə nəticələnib.