Ölkə futbolu
Bizim üçün uğursuz olan türk hakim
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi ç…
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktoriya” (Çexiya) matçını idarə edəcək Hüseyn Göçek azarkeşlərimizə yaxşı tanışdı. Futbolinfo.az xəbər verir ki, türkiyəli referi indiyə kimi 2 dəfə təmsilçilərimizin oyununa təyinat alıb.
O, ilk dəfə 2014-cü ildə Avropa Liqasının pley-off oyunu çərçivəsində “Neftçi”nin Serbiyada “Partizan”a məğlub olduğu (2:3) görüşü idarə edib. Həmin matçda 39 yaşlı fit sahibinin köməkçisinin – laysmanının verdiyi yanlış qərar görüşə damğa vurmuşdu. Yan xətt hakimi hesab 2:1 “ağ-qaralar”ın xeyrinə olarkən rəqib futbolçunun aşkar ofsaytda olduğu epizodu gözdən qaçırmış və yekunda oyunda tarazlıq bərpa olunmuşdu. Bundan başqa, o, həmin matçda serblərin 5, bakılıların 2 oyuçusuna sarı vərəqə göstərib.
UEFA-nın 1-ci kateqoriyalı hakimlər siyahısında yer alan Göçekin növbəti dəfə bizimkilərlə yolu yenə 2014-cü ildə, bu dəfə milli komandamızın matçında kəsişib. Yığmamızın səfərdə İtaliyaya yenildiyi (1:2) qarşılaşmada o, rəqibin 4, bizim isə 2 futbolçuya sarı vərəqə göstərmişdi.
İxtisasca mühəndis olan referi 2008-ci ildən FİFA referisi statusunu daşıyır. O, 8 il ərzində 53 beynəlxalq oyun idarə edib. Bu matçlarda Göçek futbolçulara 208 sarı, 11 qırmızı vərəqə göstərib. Ədalət təmsilçisi həmçinin, komandaları 8 dəfə də penalti ilə cəzalandırıb.