Bizi izləyin

Dünya futbolu

Biznesin kölgəsində qalan ehtiras

Qonsalo İquain – son günlər ən çox onun barəsində dan…

blank

Qonsalo İquain – son günlər ən çox onun barəsində danışırlar. Zarafat deyil, 90 milyon avro qarşılığında "Yuventus"a transfer olunub. Lakin Argentina millisinin üzvünün bu keçidi heç də birmənalı qarşılanmır. Xüsusən də, 28 yaşlı hücumçunun bu cür astronomik məbləğə dəymədiyini düşünənlər yetərincədi.

"Napoli"nin prezidenti Aurelio De Laurentis İquaini xəyanətkar və nankor hesab edir. Haqlıdırmı? Qətiyyən! Qonsalo daha yaxşı məbləğə daha yaxşı kluba keçib. Həm də, Laurentisin bir qədər aktyorluq etdiyini düşünürəm. Nəticədə, "Yuventus" onun başqanı olduğu kluba argentinalının sərbəst qalması üçün 90 milyon ödəyib.

 Xatırlayıram, Edison Kavaninin PSJ-yə transfer ərəfəsində də oxşar vəziyyət yaranmışdı. Cənab Aurelio uruqvaylı hücumçunu 100 milyon qarşılığında da satmayacağını söyləyirdi. Lakin sonrdan 64 milyona əl sıxışdı və baş tutan transferə belə bir şərh verdi: "Bilirdim ki, gec tez bu cür axmaq rəqəmi ödəyəcək klub tapılacaq". Sözümün canı odu ki, De Laurentis indi de "Yuventus"a əfəl gözü ilə baxır. Sadəcə, populist çıxışlar edib, hisslərini biruzə vermir. Çünki PSJ-dən fərqli olaraq, Turin təmsilçisi "Napoli"nin İtaliyadakı rəqibidi. Elə "Yuve" də sırf İquainin futbol bacarığına görə deyil, çempionluq yolunda əsas rəqiblərindən birini zəiflətmək, imicini kiçiltmək üçün bu cür böyük məbləği gözdən çıxardı.

"Roma"nın əfsanəsi Françesko Totti isə bu transferi "fəlakət" adlandırır. Onun fikrincə, futbol çox dəyişib, indi daha çox pula önəm verirlər: "Oyunçular daha çox qazanmaq üçün tez-tez bir klubdan digərinə keçirlər. İndi futbol daha çox biznesdi, nəinki ehtiras. İnsanlar stadiona şən vaxt keçirməyə və hər zaman eyni komanda ilə olan oyunçunu görmək üçün gəlirlər. Ümid edirlər ki, onları satmayacaq futbolçunu görəcəklər".

Totti böyük futbolçudu, lakin onun bu cür yanaşması ilə razı deyiləm. Futbol hər zaman biznes olub. Nəticə etibari ilə, oyunçular ailələrini dolandırmaq üçün top qovurlar. Ona görə də, "satqınlıq", "xəyanət", "sadiqlik", "nankorluq" və s. – bunlar futbol üçün ağır kəlmələrdi.

Nəzərə almaq lazımdı ki, kütlə yalnız uğur qazandığın müddətdə qəhrəmanının arxasındadı. Bir misal çəkim. Yəqin ki, Bülənt Korkmazı xatırlayırsız. 2000-ci illərdə "Qalatasaray" azarkeşinin göz bəbəyi idi. UEFA kubokunun finalında sarğı ilə oynamış, komanda üçün böyük fədakarlıqlar etmiş, uğurlar qazamışdı. "Böyük kapitan" ləqəbi vermişdilər ona. Axırda nə oldu? "Qalatasaray"ın baş məşqçisi postunda bir neçə uğursuz oyun və dünən onu qəhrəman sayanlar bu gün özünü, ailə üzvlərini ağır söyüşlərlə təhqir edib, yola saldılar. Tək Bülənt Korkmaz deyil, bu cür hallarla üzləşən minlərlə futbolçu olub, bundan sonra da olacaq.

Nə demək istəyirəm? Futbolçu həyatı çox qısadı. Kayeranı bitirəndən sonra işsiz də qala bilərsən, necə ki, qalıblar da. Götürək elə bizim oyunçuları. Vaxtında ilinə 200-300 min qazananlar vardı, bu gün çörəkpulu tapmırlar. Və heç kim demir ki, ala bunu qoy cibinə, vaxtında yaxşı futbolçu olmusan. Heç çağırıb işlə təmin edən də yoxdu.

Oyunçu yalnız özünü düşünməlidi. Bu mənada, məsələn, "Araz Abdullayev niyə aşağı maaşa xaricə getmədi", "filan oyunçu niyə Azərbaycanda qazandığı 5 manatdan imtina edib xaricə yollanmadı" kimi fikirlər söyləmək, məncə, düz deyil. Adam öz potensialına bələddi və bilir ki, məsələn, Polşanın "Legiya" klubuna yollansa, 2 il sonra "Barselona"ya keçməyəcək, bu işin bir tərəfi. Digər tərəfdən, xaricdə özünü göstərib-göstərməmək nisyə söhbətdi. Ən doğrusu, harda daha çox pul verirlərsə, orda oynamaqdı. Zəmanə bunu tələb edir…

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm