Milli komanda
Millimizin rəqibi qələbə qazandı
Futzal üzrə dünya çempionatının final mərhələsi…
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan İspaniya yığması yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, pireneylilər Misir futzalçılarını sınağa çəkib.
Venansio Lopesin yetirmələri bu görüşdə qələbə qazanıb – 3:1. Rəqibimizin qollarını Rivilyos, Adolfo və Xose Ruis vurublar.
Qeyd edək ki, İspaniya və Misir milliləri bu gün ikinci yoxlama oyununda üz-üzə gələcək.