Ölkə futbolu
"Neftçi"dən ispan klubuna
“Neftçi”dən ayrılan Xuan Alberto Mellinin yeni kl…
“Neftçi”dən ayrılan Xuan Alberto Mellinin yeni klubu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Belə ki, Melli “Reus Deportiu” klubu ilə anlaşıb. O, qarşıdakı mövsümdə Sequnda təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, karyerası ərzində “Betis”, “Tenerife” və “Gent” kimi klubların da formasını geyinmiş Melli Azərbaycanda “Neftçi”dən əvvəl “Simurq”da oynayıb.