Dünya futbolu
"Mursiya" İsrafilova qiymət qoydu
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun İngiltər?…
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun İngiltərənin "Fulhem" klubuna keçidi baş tutmaya bilər. Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 24 yaşlı müdafiəçinin müqavilə ilə məxsus olduğu "Mursiya" klubunun tələb etdiyi məbləğdi.
Belə ki, İspaniya təmsilçisi Eddiyə 400 min avro qiymət qoyub. Məhz bu səbəbdən onun xidmətində maraqlı olan "Hueska" klub İsrafilovu heyətinə qatmaqdan vaz keçib. "Fulhem"in də anoloji addım atması mümkündü.