Ölkə futbolu
“Bakıda bizi çətin cavab görüşü gözləyir”
“Qəbələ” ilə oyunun belə çətin olacağını &…
“Qəbələ” ilə oyunun belə çətin olacağını öncədən bilirdik. Çünki rəqibimiz güclü komandadı”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Fransanın “Lill” klubunun futbolçusu Renato Çivelli deyib.
Müdafiəçi Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qəbələ” ilə dünən keçirilən görüşü haqda fikirlərini açıqlayıb: “Həm də biz hazırlığa gec başlamışıq. Amma matçın ikinci hissəsində daha yaxşı oynaya bildik. Təəssüf ki, qarşılaşmanı qələbəyə qədər daşıya bilmədik. İndi bizi çətin cavab görüşü gözləyir. Həmin qarşılaşma da ilk matç qədər ağır olacaq”.
Qeyd edək ki, “Lill” – “Qəbələ” oyunu 1:1 hesabı ilə başa çatıb.