Ölkə futbolu
Yan Kopiç: "Qarabağ"ı qiymətləndirməyə bilmərik"
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsind?…
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubunun futbolçusu Yan Kopiç cavab matçından əvvəl açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı oyunçu açıqlamasında Bakıda qələbə qazanmaq istədilərini bildirib:
"Bizim üçün Çempionlar Liqası daha əhəmiyyətlidir. Geniş heyətimiz var. Baş məşqçi heyətdə müəyyən dəyişikliklər edə bilər. Biz bir komandayıq və oynamaq istəyirik. Əgər baş məşqçi heyətdə dəyişiklik etsə, meydana çıxacaq hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. "Qarabağ"ı qiymətləndirməyə bilmərik. Cavab matçında hər birimiz maksimum gücünü ortaya qoyacaq. Çünki qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, tərəflərin cavab matçı avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.