Ölkə futbolu
"Neftçi" "Rapid"in forvardı ilə gücləndi
“Neftçi” heyətinə yeni oyunçu qatmağa haz…
“Neftçi” heyətinə yeni oyunçu qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Bakı təmsilçisi Buxarest “Rapid”ini tərk etmiş Katalin Tira ilə anlaşıb. Bu barədə məlumatı Rumıniya mətbuatı yayıb.
“Rapid” Liqa-1-dən kənarda qaldığı üçün Buxarest təmsilçisinin futbolçuları yeni klub axtarışına çıxıblar. Onların sırasında Tira da olub. Rumıniyalı hücumçu Azərbaycandan gələn təklifə “hə” cavabını verib.
22 yaşlı forvardın Azərbaycan çempionatının ötən mövsümünü 6-cı pillədə bitirmiş “Neftçi” ilə razılığa gəldiyi qeyd olunub.
Katalin Tira karyerası ərzində “Rapid”dən öncə “Den Haq”, “Braşov” və “Konkordia” klublarının da formasını geyinib. O, Rumıniyanın U-21 yığmasında iştirak etdiyi 3 oyunda 1 qola imza atıb.
Qeyd edək ki, mövsümlərarası fasilədə Nikolas Kanales, Antonio Quinta, Erik Ramos, Aqil Məmmədov, Ailton Silva və Xuan Alberto Melli ilə vidalaşan “Neftçi” əvəzində Edson Kastilyo, Murad Ağayev, Vançe Şikov, Dario Melnyak və Krşevan Santinini heyətinə qatıb.