Ölkə futbolu
Tahir Gözəl: "Futbolda hər zaman layiq olan qələbə qazanmır"
"Komandanın oyunu ilə qürur duyuram. Çünki &uu…
"Komandanın oyunu ilə qürur duyuram. Çünki üstün tərəf "Qarabağ" idi. Ən azı 3 real qol şansını dəyərlındirə bilmədik". Bu sözləri futbolinfo.az saytına müsahibəsində "Qarabağ" klubunun prezidenti Tahir Gözəl deyib.
"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Viktoriya" ilə 1:1 hesabı ilə bərabərə qalaraq mübarizəni dayandırdı (ilk oyun 0:0). Lakin buna rəğmən, prezidenti Ağdam klubunun layiqli mübarizə apardığını söyləyib:
"Qarabağ" növbəti mərhələyə adlamağa layiq idi. Lakin alınmadı. Avropa Liqasında yolumuza davam edəcəyik. İnanıram ki, qarşıdakı matçlarda azarkeşlərimizi sevindirəcəyik. Komandaya yeni hücumçu lazım olmasına gəlincə, buna Qurban Qurbanov qərar verir. Baş məşqçimizin istəyindən asılıdı. "Viktoriya" elə-belə komanda deyil. Çexiya çempionudu. Belə deyək də, futbolda hər zaman layiq olan qələbə qazanmır".
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”