Dünya futbolu
Şeydayev "Trabzonspor"da daha bir qol vurdu
Türkiyənin "Trabzonspor" klubu Macarıstandakı təlim…
Türkiyənin "Trabzonspor" klubu Macarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandasının rəqibi Budapeşt MTK-sı olub.
Oyun Trabzon təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birinin müəllifi də Şeydayev olub. Millimizdə oynamaq üçün AFFA-ya müraciət edən futbolçu 68-ci dəqiqədə hesabı 4:0 edib. Start heyətdə meydana çıxan Ramil bu qoldan cəmi bir dəqiqə sonra əvəzlənib.
Qeyd edək ki, bu, Şeydayevin "Trabzonspor"un heyətində vurduğu ikinci qoldur.
Onu da xatırladaq ki, MTK bir müddət öncə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olmuşdu. Budapeştlilər komandamıza öz meydanlarında 1:2, Bakıda isə 0:2 hesabıyla uduzmuşdular.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib