Bizi izləyin

Ölkə futbolu

Bütün yanlışları ilə… "Qarabağ"

Elvin Yunuszadə nə idi, Qurban bəy? "Günah keçisi&…

blank
Elvin Yunuszadə nə idi, Qurban bəy? "Günah keçisi" axtarmırıq, amma bu "canlı bomba"nı həssas zonaya, "barıt çəlləy"i olan yerə necə atdız axı?
 
***
 
Hamı yanlış əvəzləmələrdən danışır, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə əksini düşünür. Əslində, "Viktoriya"nı udmağı, mərhələ adlamağı, tarix yazmağı ən çox elə Qurbanov istəyirdi. Bu səbəbdən onun məyusluğu başadüşüləndi, amma gətidiyi dəlillərlə razılaşmıram.
 
Dünənin qəhrəmanı, bugünün ən reytinqli məşqçisi sabahın uğursuzu ola bilər. Bu, gözləniləndi. Lakin buna görə Qurbanovu siyahıdan silmək olmaz, o, yenə də futbol tariximizin ən yaxşılarından biri kimi qalacaq. Bununla belə, Çexiya klubuna məğlubiyyətin əsas səbəbkarlarından danışarkən ilk olaraq Qurban bəyi göstərməliyik.
 
***
 
Muarrem zədələndi, Almeyda əvəzlənməyini özü istədi, Kintana yorulmuşdu. Bütün bunlar başadüşüləndi, lakin onları əvəz edənlər bir ildi ayağına top dəyməyənlər idi – elə səhv də burada idi. Əl-Hərbi yanlış transfer siyasətinin başında duranlardandı, Elvin hətta AZAL-a qarşı oynatmağa yaramır, Əfran İsmayılovun futbolu isə "Bakı"ya gedərkən bitmişdi.
 
Taktiki anlamda Yunuszadənin oyuna buraxılması düzgün idi. Cinahlarda üstünlük qazanan rəqibin asmalarını məhz üçlü oynayacaq mərkəz müdafiəçiləri qarşılamalı idi. Amma Elvin o qədər yararsız futbolçudu ki, bir anda 85 dəqiqə intizamlı oynayan müdafiə xəttini tar-mar etdi, Bədavi Hüseynov, Rəşad Sadıqov və dayaq yarımmüdafiəçisi Qra Qarayevin fədakarlığını yerə vurdu. Məhz Elvinin oyuna qoşulması ilə mərkəz müdafiəçiləri rəqib oyunçuları necə bölüşdürdüklərini unutdu, xaos yarandı və qapımıza vurulan yeganə sanballı zərbə bərabərlik qolu ilə nəticələndi.
 
Əl-Hərbi Daninin kölgəsi də ola bilməz. Qurbanov israrla cinahlara yeni qüvvə yeritməklə oyun modelinin pozmamağa çalışsa da, bu legioner effektivliyi maksimum azaltdı, halbui Kintana tək ayaqla ondan daha çox xeyir verərdi. Bəlkə də Coşqun Diniyev, Rahid Əmirquliyev rəqibi öndə qarşılamaq baxımından daha çox fayda verər və komandaya kifayət qədər vaxt qazandırardı. Bəlkə, bəlkə, bəlkə…
 
Qurbanov da bu "bəlkə"ləri düşündü. Həmin Əfran oyuna qoşularkən ilk toxunuşundaca ikinci qolu vursaydı, indi Qurbanovun uğurlu əvəzetməsindən danışırdıq. İnsaf naminə, İsmayılov günahını az sonra yudu, lakin onun ideal ötürməsini Migel Madeyra tamamlaya bilmədi. Halbuki məhz həmin epizoda görə Dani və Almeydanın ölüsünü meydanda saxlayıb, son dəqiqələrdə sanki rəqibin heyətində oynayan bu ispanı kənara almaq lazım idi.
 
***
 
"Qarabağ"ın uğursuzluğuna bu qədər üzüldüyüm olmamışdı. Hətta İtaliya "İnter"i ilə oyundan sonra da daha sakit idim. Amma bu, real tarixi şans idi. Əldən verilməməsi lazım idi. Qorxuram bu oyunun şokunu Avropa Liqasının pley-offunda da hiss edək. Bax, o zaman "Qarabağ" erası"nın sonu başlaya bilər.
 
"Qarabağ" zəif oynasa, adamı bu qədər yandırmazdı. Təsir edən parlaq oyunun son 10 dəqiqəsində başverənlərdi: şok əvəzetmələr və ölümcül zərbəyə çevrilən cavab qolu. Ondan sonra meydanda xaos idi, 2 mərkəz müdafiəçisi hücumda oynasa da, onların mərmidaşıyanları qalmamışdı – bu zaman Almeyda ilə Kintana ehtiyat oyunçular skamyasında tərini soyudurdu.
 
Almeyda, Əfran, Migel, Dani elə şansları qaçırdılar ki, Qurbanovun mətbuat konfransında qismətlə bağlı dediklərinə inanmaq istəyirsən. Ancaq bu işlər qismətlə, bəxtlə bağlı olmur. "Qarabağ" illərdi normal mərkəz hücumçusu tapa bilmir, sol cinahda daha rahat oynayan Reynaldo isə sivri ucda əzəmətli deyil. Əvvəllər seleksiya işinin nəticəsi sevindirmirdi, indi isə büdcə yoxdu. Mahir Mədətovun ümumiyyətlə, iştirak ərizəsinə salınmaması isə ayrı mövzudu. Plzendə start heyətdə oynayan birinin hətta "18-liy"ə salınmaması tapmacaya bənzəyir.
 
***
 
"Qarabağ"ı, Qurbanovu yerə vurmaq da doğru deyil. Qəzadan oldu, "qismət" olmadı, yoxsa etimad göstərilənlər ümidi doğrultmadı – hər nədisə, nəticə məlumdu. İndi komandaya dəstək olmaq, heç olmasa, Avropa Liqasında qrupa düşməsi üçün ağdamlıların yanında olmaq lazımdı. Amma lütfən, rəhbərlik heyətə bir az əl gəzdisin. Əl-Hərbidən nicat ummaq olmaz, onsuz da bacarıqlı yarımmüdafiəçilər kifayət qədərdi, komandaya forvard lazımdı. Vüqar Nadirovu heyətə pərçim etmək problemin həlli deyil, söhbət "Qarabağ"a yaraşan hücumçudan gedir. Bir də Rəşad Sadıqov hər nə qədər toxunulmaz olsa da, təcili mərkəz müdafiəçisi alınmalıdı. Zədəni, cəzanı nəzərə alsaq, Sadıqovla Hüseynova alternativ tapılmalıdı, Yunuszadə ilə heç Premyer Liqanı da yola vermək olmaz.
 
FƏRİD
 
P.S.: Elvin meydana daxil olan kimi "Qarabağ"qol buraxdı. Bu adam isə hələ oyuna kimi komandanın əhval-ruhiyyəsini korlamışdı. Matçdan bir gün öncəki açıq məşqdə Nadirovla dalaşmaqla o, "enerji"sini büruzə vermişdi. Oyunöncəsi ab-havanı pozmamaq üçün bu xəbəri gizləmişdik, ancaq indi saxlamağın mənası yoxdu. 2 lazımsız, artıq yük olan oyunçunun kiçik münaqişəsi nəticəyə təsir etməsə də, hər halda, fakt idi. Bekarşılıq, məsuliyyətsizlik onları bu həddə çatdırıb ki, hətta "kvadrat" oynayan zaman da komanda yoldaşlarının qanını qaraldırlar.
 
P.P.S.: Deputat Qənirə Paşayevanın paltardəyişmə otağına gəlib təsəlli verməsi, tribunaları tam doluran 30 mindən çox azarkeşin müdhiş dəstəyi uğursuz nəticəyə mane ola bilmədi. Hətta bərabərlik qolunun müəllifi olan futbolçunun tribunada Çexiya bayrağı açan azarkeşlərin yanına qaçıb onlara forma atmasını pis qarşılayanlar da oldu. Polis əsəbindən həmin futbolçnun üstünə gedənləri yerindəcə "tərksilah" etdi. Halbuki qıcıq verən hərəkəti izləyən fanatların incimək üçün haqqı var. "Viktoriya"nın gücünü şişirtməklə deyil, dünən axşam tərifli BATE-ni darmadağın edən İrlandiya "Dundalk"ı göstərdi ki, istəyəndə hər şey mümkündü. Necə ki, bunu ötən il Albaniya "Skenderbeu"su, Qazaxıstan "Astana"sı etmişdi. "Qarabağ" isə yenə bacarmadı…
Reklam

Reklam


blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm