Bizi izləyin

Ölkə futbolu

Sındırılan alışqan, sınan qələm(lər)

Plzen. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsin…

blank
Plzen. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu. “Qarabağ”ı qəbul edən “Viktoriya” azlıqda qalır. Onsuz da fərdi ustalıq baxımından Azərbaycan çempionuna uduzan meydan sahiblərini əzmək üçün gözəl şans yaranır. “Qarabağ” isə tələsmir, nəinki tələsmir, ümumiyyətlə, hücum haqda düşünmür. “Viktoriya” (tərcümədə “Qələbə”) adına ümid edir, ağdamlılar isə Allaha…
 
İlk oyundan sonrakı günlər… Çexiyadan qolsuz bərabərliklə dönən “Qarabağ” ölkə mətbuatının azad hissəsinin tənqidinə tuş gəlir. Sifarişli yazılar ciddiyə alınır, lakin hamı bilir ki, Azərbaycan çempionu səfərdəki qarşılaşmanın son 15 dəqiqəsində rəqib qapısının torunu silkələməyə cəhd etməli idi. Alınıb-alınmayacağına dair heç kim təminat verə bilməz. Ancaq rəqib aparıcı futbolçusunu əvəz edib, oyuna müdafiəçi salırsa, bu, “Viktoriya”nın qolsuz bərabərliyə cəhdindən xəbər verirdi…
 
Bakı. Saat 20:00-ı göstərir. İlk oyundakı “dişsiz” oyun unudulub. Azərbaycan “Qarabağ”ın yanındadı. Azarkeşi də, jurnalisti də, deputatı da. Vahid yumruq kimi. Cəmləşib ki, 20:30-da start götürəcək oyunda Çexiya çempionunu həlledici yumruq zərbəsi ilə nokauta göndərsin…
 
Tofiq Bəhramov adına Respublika stadionu 20:30-da ağzına kimi doludu. Sənan Şəfizadə fanatları qonaq komandanı təzyiq altında saxlamaq üçün son çağırışlarını edir. Amma ilk dəqiqələrdən qonaqlar təşəbbüsə yiyələnir. Meydan sahibləri həyəcanı boğa bilmir. Çoxsaylı ötürmə səhvlərinin bir bəhanəsi var: çempionumuz Azərbaycan tarixində ilk dəfə ÇL-in pley-offunun yaxınlığını hiss edir. “Viktoriya” nə “Borussiya” deyil, nə də “İnter”. “Qarabağ” isə ovaxtkı “Qarabağ” deyil. Ancaq bu duyğu Ağdam təmsilçisini sıxır.
 
Start həyəcanını boğmaq üçün 20 dəqiqəyə yaxın zaman kəsiyi tələb olunur. Topsuz “Qarabağ” atsız atlını xatırladır. Amma Plzen təmsilçisinin gücü tükənməz deyil. Aramsız hücumlar, pressinq tədricən səngiməyə başlayır…
 
Görüşün 28-ci dəqiqəsində 1 həftədi dediklərimiz əksini tabloda da tapır: Maksim Medvedevin 40 metrlik ötürməsinə şığıyan Muarem Muarem Matuş Kozaçiklə üz-üzə qalır və topu ustalıqla tora göndərir – 1:0.
 
Qoldan sonra Azərbaycan çempionu nəhayət ki, rəqibin qorxulu röya olmadığını anlayır. İndi Roman Pivanik məşqçi zonasında özünə yer tapa bilmir. Oyunçularını məzəmmət edən mütəxəssis az qalır özü meydana daxil olsun. İlk yarının bitiminə 4 dəqiqə qalmış Dani Kintana az qala bütün rəqib müdafiəçilirini aldadır və Muaremə ötürmə edir. Amma ikincinin Almeydanı zərbə mövqeyinə çıxarmasına baxmayaraq, braziliyalı topa bir anlıq gecikir. Fasiləyədək hesab dəyişmir…
 
İkinci hissədə mübarizə daha da qızışır və o həddə çatır ki, ot örtüyün bir parçası yerdən qopur. Artıq azarkeşlər ən "ağrılı yerimiz"i 30 minlik kütlənin vahid şüarıyla hayqırır: “Qarabağ bizimdi, bizim olacaq!”. “Viktoriya”nın baş məşqçisi bütün "kozır"larını döyüşə atır və meydanda açıq futbola “xeyir-dua” verir. “Qarabağ” nəhayət ki, istədiyi, gözlədiyimiz futbolu ortaya qoymağa başlayır.
 
Bu arada Muarem zədələnərək, əvəzlənməsini istəyir. Onun yerinə meydana daxil olan Əran İsmayılov “Viktoriya”nın qara kabusuna çevrilmək üçün ilk toxunuşdaca imkan yaxalayır. Amma Əfran çoxdan həmin Əfran deyil. “Monako” ilə görüşdə olduğu kimi, yenə də əldə etdiyi imkanı boşa verir.
 
Haşiyə. Əlimdəki qələmi qeyri-ixtiyari masaya çırpa-çırpa bir neçə hissəyə bölündükdən sonra ayıldım. Ancaq alışqan hələ salamat idi.
 
Az sonra İsmayılov yenidən rəqib əlcək sahibi ilə üz-üzə qalır. Ancaq bu dəfə zərbə vurmur, ötürmə edir. Nəticə isə yenə də eynidi: Migel Madeyra yüzfaizli epizodda, boş qapı önündə topa toxuna bilmir, tablodakı hesab dəyişmir. Bax, bu anda üzümü həmkarıma tutub, “bu, son idi, ÇL getdi”, deyirəm. Bəli, daha sonra Dani möhtəşəm reydi ilə səhnəyə çıxır, lakin həmin epizoddan sonra da qol gəlmir…
 
Haşiyə. Kintananın şansı qaçırdığı epizodda alışqan da sıradan çıxdı. Bu dəfə yerə çrıpılaraq.
 
Matçın bitiminə 10 dəqiqə qalmış Qurban Qurbanov Elvin Yunuszadəni meydana buraxır. Əksəriyyət bu əvəzetmənin həlledici olduğunu düşünür. Ancaq bu sətirlərin müəllifi fərqli fikirdədi. Yox-yox, heç də həmin əvəzetmənin doğru olduğunu iddia etmirəm. Sadəcə, hesab dəyişməsəydi, daha bir mərkəz müdafiəçisini döyüşə atdığına görə çoxları Qurbanovu göyün yeddinci qatına qaldıracaqdılar. Əslində isə…
 
Mahir Mədətov Plzendə start heyətində yer almalı deyildi; Mahir Mədətov Bakıdakı qarşılaşmada ilk "18-lik"də mütləq olmalı idi.
 
Və nəhayət!.. “Vurmayana vurarlar”, vurmaq istəməyənə isə vurmağa məhkumdular…
 
Plzen. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu. “Qarabağ”ı qəbul edən “Viktoriya” azlıqda qalır. Onsuz da fərdi ustalıq baxımından Azərbaycan çempionuna uduzan meydan sahiblərini əzmək üçün gözəl şans yaranır. “Qarabağ” isə tələsmir, nəinki tələsmir, ümumiyyətlə, hücum haqda düşünmür. “Viktoriya” (tərcümədə “Qələbə”) adına ümid edir, ağdamlılar isə Allaha…
 
Plzendə vurmaq istəməyən “Qarabağ”a Bakıda vurdular.
 
Vəssalam. Qələmimiz qırıldı, yenisini alarıq. Alışqanımız qırıldı, yenisini alarıq. “Qarabağ”ın qələmi sındı, yenisini kim alacaq?!
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm