Ölkə futbolu
Eder: “Qəbələ”yə qarşı oynamağa hazıram"
“Avropa çempionatından sonra yaxşı istirahət etmişə…
“Avropa çempionatından sonra yaxşı istirahət etmişəm. Artıq tamamilə klubumdakı çıxışıma köklənmişəm və oynamağa hazıram. Tezliklə “Lill”ə kömək etmək istəyirəm”. Futbolinfo.az xəbər verir ki, bu fikirlər Portuqaliya millisinin və Fransanın “Lill” klubunun futbolçusu Ederə məxsusdu.
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Lillin eyniadlı təmsilçisinin legioneri hazırkı durumunu açıqlayıb.
Eder sabah Bakıda keçiriləcək matçda iştirak üçün can atdığını qeyd edib: “Hazırda ən vacib olan klubumdakı çıxışımdı. Mənim üçün yeni mövsüm çox vacib qarşılaşma ilə başlayacaq. Cümə axşamı Avropa Liqasında keçiriləcək qarşılaşmada da oynamağa hazıram”.
AÇ-2016-nın Fransa ilə final oyununda vurduğu qolla Portuqaliyaya çempionluq qazandıran Eder bu uğurdan ruhlandığını gizlətmir: “Avropa çempionatının finalındakı həlledici qolu vurmağım heç nəyi dəyişmir. Bu, yalnız mənəvi yüksəliş verir. Həmin qol bütün komandanın əməyinin bəhrəsi idi. İndi “Lill”lə bacardığımı etməliyəm. Həmişə “Lill”in nailiyyət qazanmasını istəmişəm. Buradakı komanda yoldaşlarım da mənim Avropa çempionatında uğuruma sevindilər və yaxşı qarşıladılar. Baxmayaraq ki, mən Fransanı məyus etmişdim”.
Qeyd edək ki, sabah Bakıda keçiriləcək “Qəbələ” – “Lill” oyunu saat 21:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza