Ölkə futbolu
“Qəbələ”nin oyununa pulsuz BİLET və ŞƏRF
Hörmətli futbol azarkeşləri!
Sabah “Qəbəl…
Hörmətli futbol azarkeşləri!
Sabah “Qəbələ” Avropa Liqasınının 3-cü təsnifat mərhələsində Fransanın “Lill” komandasını qəbul edəcək. Futbolinfo.az futbolsevərləri müsabiqəyə dəvət edir.
“Facebook” səhifəmizdə tərtib olunan 5 sualın hamısına düzgün cavab verən ilk 30 azarkeş sabah keçiriləcək “Qəbələ” – “Lill” matçına pulsuz BİLET, üstəlik, klubun ŞƏRFini əldə edəcək. İştirakçılar düzgün cavab verməkdən əlavə, “facebook” səhifəmizi bəyənməli və sorğu olan keçidi paylaşmalıdı.
Sualların cavablarını futbolinfo.az saytının “facebook” səhifəsində yerləşdirməyiniz xahiş olunur. Cavablar avqustun 4-ü saat 11:00-dək qəbul olunur.
Müsabiqənin qalibləri biletlərini şəxsiyyət vəsiqələrini təqdim edərək ala biləcək. Sosial şəbəkədən başqa adla istifadə edənlərin cavablarının qarşısında dəqiq ad/soyadlarını yazmaları şərtdi.
Qaliblər biletləri oyuna bir saat qalmışadək əldə edə biləcək və bu barədə “facebook” səhifəmizdə əlavə məlumat veriləcək, stadion yaxınlığında konkret ünvan göstəriləcək.
Cavabları yazarkən 2 və daha çox variant göstərənlərin birinci qeydləri və əsas götürüləcək, redaktə olunmuş cavablar etibarsız sayılacaq. 30 bilet və şərf yalnız düzgün cavab verənlərə paylanacaq. Bu səbəbdən bu say bitdikdən sonra da dayanmaq olmaz. Hansı cavabın düzgün olduğunu yalnız avqustun 4-ü saat 11:00-dan sonra, yəni müsabiqə bitdikdən sonra açıqlayacağıq.