Ölkə futbolu
Palmieri: “Azərbaycana qələbə üçün yollanmışıq"
“Azərbaycana qələbə üçün yollanmışıq. Ə…
“Azərbaycana qələbə üçün yollanmışıq. Əks halda, bu səfərə getməyib, Fransada qalardıq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Fransanın “Lill” klubunun futbolçusu Julian Palmieri deyib.
30 yaşlı müdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin “Qəbələ” ilə sabah Bakıda keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlayıb. Palmieri qələbənin komandası üçün vacib olduğunu qeyd edib: “Bakıdakı görüş çox çətin olacaq. Açığı hələ oyun planında xeyli artırmalıyıq. “Qəbələ” isə belə oyunlarda kifayət qədər uğurlu çıxış edir. Görüşə ciddi şəkildə, təmkinlə, həm də iddialı yanaşırıq. Bizim avrokuboklardakı gələcəyimiz bu matçdan asılıdı. Bu üzdən mübarizəni dayandıra bilmərik. “Bastiya”dan “Lill”ə ona görə keçmişəm ki, avrokubok həyəcanı yaşayın. Bunun belə tez bitməsi fikrini ağlıma da gətirmirəm. Azərbaycan çempionatına hörmətlə yanaşsam da, oyunlarını izləmədiyimi etiraf etməliyəm. “Qəbələ”nin evdə necə oynadığından da xəbərsizəm. Lakin əminəm ki, onlar qol buraxmamağa çalışacaq. Biz isə onların çatışmazlıqlarını tapıb, bundan yararlanmalıyıq. Qələbənin çox vacib olduğunu unutmamalıyıq”.
Qeyd edək ki, “Qəbələ” və “Lill” arasında Fransadakı ilk oyun 0:0 hesabı ilə nəticələnib.